Dövlət və bələdiyyə idarəetməsinin müasir problemləri


Bələdiyyə mülkiyyətinin idarə edilməsi



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə81/152
tarix01.01.2022
ölçüsü1,61 Mb.
#106685
1   ...   77   78   79   80   81   82   83   84   ...   152
YourFileName

 
7.4. Bələdiyyə mülkiyyətinin idarə edilməsi 
Bələdiyyə  mülkiyyətinin  idarəetmə  funksiyası  həmin  mülkiyyətin 
formalaşması  kontekstində  bir  qədər  diskussiya  xarakteri  daşıyır.  Belə  ki,  bu 
prosesin  inkişafına  iki  baxış  bucağından  yanaşmaq  olar.  İlkin  nəzər  nöqtəsi 
bələdiyyə  mülkiyyətinin  özünüidarə  təbiəti  ilə  xarakterizə  olunur.  Digər  baxış 
bucağmdan  isə  yanaşdıqda,  bələdİ
3^ə  mülkiyyətinin  idarə  edilməsində  dövlətin 
təsiredici  rolu  aşkar  olunur.  Bütün  bunlar  əsasmda  bələdiyyə  mülkiyyətinin 
idarəetmə  fiınksiya-  sınm  universallığı  müəyyən  olunur.  Təbii  ki, bu  universallıq 
bələdiyyə  mülkiyyətinin  formalaşmasmda  ən  müxtəlif  səviyyələr  üçün  əlaqə  və 
münasibətlərin  idarəetmə  funksiyası  tərəfindən  əks  olunması  ilə  bağlıdır. 
İdarəetmədə optimallıq prinsipcə, bələdiyyə mülkiyyətinin formalaşma prosesində 
təsiri olan daxili və xarici, obyektiv və subyektiv faktorların qarşılıqlı münasibətinin 
nə dərəcədə dərk olunması ilə müəyyən edilir. 
Bələdiyyə  mülkiyyətinin  formalaşması  bələdiyyə  mülkiyyətinin  idarə 
olunmasmda effektivliyin qiymətləndirilməsi məsələsidir. Bələdiyyə mülkiyyətinin 
idarə  olunmasının  effektivlİ
5dni  bələdiyyə  ərazisində  yaşayan  əhalinin  həyat 
keyfiyyətinin  bələdiyyənin  resurs  potensialma  (mülkiyyətinə)  olan  nisbəti  ilə 
müəyyənləşdirmək olar. 
Azərbaycan  Respublikasında  bələdiyyə  mülkiyyəti  əhalinin  tələbatımn 
ödənilməsi və həyat keyfiyyətinin artınlmasmda yeni bir mexanizmə çevrilməlidir. 
Bu  proses  nə  qədər  sürətləndirilsə,  bir  o  qədər  də  bələdiyyə  əhalisinin  həyat 
keyfiyyətinin  yüksəldilməsinə  tez  bir  zamanda  nail  olmaq  olar.  Ona  görə  də 


77 
 
bələdiyyə  mülkiyyətinin  ərazi  və  sahə  xüsusiyyətləri,  maliyyə  və  istehsal 
baxmundan istifadə formalan müvazinətli xarakter daşımadığı üçün optimallıq və 
səmərəlilik nöqteyi-nəzərindən bu problem daima tədqiq edilməli və öyrənilməlidir. 
Bələdiyyə mülkiyyətinin idarə olunma sisteminin yaradılması aşağıdakı məqsədlərə 
çatmanı nəzərdə tutur: 

sivil əmlak bazarı üçün vacib infrastrukturun, formalaşdmlması; 

şəhər  büdcəsində  gəlirlərin  artınlması  və  əmlaka  görə  ödənişlər  əsasında 
gəlir payının artınlması yolu ilə mədaxil sturukturunun dəyişdirilməsi; 

bələdiyyə təşkilatı ərazisində investisiya cəlbediciliyinin aşağıdakı vasitələr 
hesabına artınlması: 
1) 
əmlak üzərində mülkiyyət hüquqıma təminat; 
2) 
konkret obyektlərin layihələşdirilməsi və tikintisi müddətində əmlaka görə 
güzəştli ödənişlərin verilməsi; 
3) 
ipoteka kredit sisteminin inkişafı; 
4) 
əmlakla bağlı apanlan rəsmi əməliyyat proşeduralanmn sadələşdirilməsi və 
sürətləndirilməsi; 
5) 
yaşayış və sosial problemlərin həlli. 
Bələdiyyə  təşkilatma  məxsus  mülkiyyətin  idarəolunma  sisteminin  uğurlu 
fəaliyyəti, yalmz bir sıra əsas prinsiplərə riayət etmək sayəsində mümkün ola bilər. 
Həmin prinsiplər aşağıdakılardır: 

dövləti  normativ  tələblərin  bələdiyyə  səviyyəsində  olan  lokal  'hüquqi 
tənzimlənmə ilə elastik əlaqələndirilməsi

bələdiyyə mülkiyyətinin idarəolunma sisteminin inkişafimn mərhələliyi və 
ardıcıllığı; 

effektiv  idarəetmə  sisteminin  qurulması  ilə  büdcə  xərclərinin 
minimallaşdıniması; 

mülkiyyətin idarəolunma sisteminin təşkilati və informasiya birgəliyi; 

əmlakın ayn-ayn obyektlərdən ibarət halda idarə edilməsi. 
Bura daxildir: 
1) 
daşınmaz əmlakın obyektlər üzrə formalaşdıniması və uçotu; 


78 
 
2) 
ayrı-ayrı obyektlər üzrə mülkiyyət hüququnun qeydiyyatı və onlar üzərində 
apanlan əməliyyatlar; 
3) mülkiyyətin obyektlər üzrə qiymətləndirilməsi
4)  mülkiyyət  sferasında  investisiya  proseslərinin,  obyektlər  əsasında  idarə 
olunması. 
Bütün bunlar əsasında yaradılan bələdiyyə mülkiyyətinin idarə olunma sistemi 
aşağıdakı məsələlərin həllini təmin etməlidir: 

əmlakın effektiv texniki (inventarlaşma) və kadastr uçotu əsasında fəaliyyət 
göstərən tam uçotu; 

əmlak üzərində dövlət qeydiyyatı və onunla bağlı əməliyyatlar; 

vergiqoyma, sığorta, ipoteka kreditləşdirməsi məqsədi üçün 
əmlakm qiymətləndirilməsi, təsərrüfat birliklərinin və yoldaşlıq- 
larm  yaradılması  zamanı,  alqı-satqı  müqavilələrində  və  eləcə  də  digər 
qatşılıqlı əməliyyatlar zamam alış qiymətlərinin müəyyənləşdirilməsi; 

bələdiyyə əmlakının səmərəli idarə olunması və onun mükəmməl vətəndaş 
(mülki) tədavülünə cəlb edilməsi

mülkiyyətdən istifadə və onun üzərində dəyişikliklərlə bağlı effektiv nəzarət 
sisteminin formalaşdırılması; 

vətəndaşlar və hüquqi şəxslər üçün əmlak barəsində əldə oluna bilən, etibarlı, 
mötəbər, dolğun və operativ informasiyaların hazırlanması. 
Beləliklə, bələdiyyə mülkiyyətinin idarə olunması - mülkiyyətçinin bələdiyyə 
əmlakımn əsas keyfiyyətlərinin qorunub saxlanmasına və onun artımına, eləcə də 
bələdiyyə  mülkiyyəti  obyektlərinə  məqsədyönlü  təsir  sayəsində  onun  bələdiyyə 
əhalisinin  maraqlan  çərçivəsində  istifadəsinə  və  nəhayət,  ictimai  dəyərləri  nəzərə 
almaqla, qarşıya qoyulan məqsədlərə nail olunmasma istiqamətlənən fəaliyyətidir. 
Bələdiyyə  mülkiyyətinin  idarə  olunması  üçün  müvafiq  konsepsiya  və  proqram 
hazırlanmalıdır. Həmin proqram aşağıdakı bölmələri özündə əks etdirməlidir: 
1. 
Bələdiyyə  mülkiyyətinin  idarə  olunmasının  mövcud  sisteminin  təhlili  və 
ondan istifadənin nəticələrinin müəyyənləşdirilməsi; 
2. 
Bələdiyyə  təşkilatı  ərazisində  yerli  özünüidarəetmə  mülkiyyətinin  idarə 


79 
 
olunmasımn məqsəd və vəzifələri
3. 
Bələdiyyə mülkiyyətinin idarə olunma sisteminin inkişafının əsas prinsipləri 
istiqamətləri
4. 
Bələdiyyə mülkiyyətinin bələdiyyə müəssisə və təşkilat- lanmn yaradılması 
məqsədilə  etibara  əsaslanan  idarəetməyə,  icarəyə,  haqq  alınmadan  əhalinin 
istifadəsinə  verilməsi  və  yaxud  səhm  paketlərini  əldə  etməklə,  yeni-yeni  qardaş 
kompaniyalarm yaradılması üçün istifadə edilməsi
Bələdiyyə  mülkiyyətinin  ayn-ayn  növlərinin  idarə  olunma  xüsusiyyətləri. 
Bura  daxildir:  vahid  əmlak  kompleksi  kimi  bələdiyyə  müəssisələri;  bələdiyyə 
təşkilatlarının,  bələdiyyə  birliklərinin  nizamnamə  kapitalmda  olan  payı;  tarix  və 
mədəniyyət  abidələri;  torpaq  sahələri  və  təbii  resurslar;  sosial-mədəni  sferaya 
məxsus mülkiyyət obyektləri; daşınmaz əmlak və s.; 
Hazırkı  dövr  bələdiyyə  mülkiyyətinin  idarə  olunması  prosesinin 
standartlaşdınimasmı və bu sahə üzrə müvafiq kadrlarm hazırlanmasmı tələb edir. 
Bunun  üçün  idarəetmə  məqsədindən  asılı  olaraq  mülkiyyət  obyektlərini 
təsnifləşdirmək,  bələdiyyə  qulluqçulan  tərəfindən  marketinq,  monitorinq, 
planlaşdırma, nəzarət, uçot və audit sahəsində yerinə yetiriləcək tipik proseduralan 
müəyyənləşdirmək və həmçinin, standart sənəd paketləri ilə olacaq həll siyahısmı 
işləyib  hazırlamaq  lazımdır.  Bələdiyyə  mülkiyyətinin  idarə  olunma  sistemindən 
damşarkən  planlaşdırma  və  proqramlaşdmna,  marketinq,  monitorinq,  audit,  uçot, 
nəzarət  və  qiymətləndirmə  kimi  funksional  altsistemlərdən  istifadə  etmək  lazım 
gəlir. Planlaşdırma bələdiyyə mülkiyyətinin idarə olunma məqsədindən asılı olaraq 
onun effektiv istifadə istiqamətlərini müəyyən edir. 
Beləliklə, bələdiyyə mülkiyyətinin idarə olunma sistemi müəyyən qaydalara 
tabedir.  Həmin  qaydalar  sistemin  təşkili  və  idarə  olunması  zamanı  mütləq  nəzərə 
alınmalıdır. Əks halda bələdiyyə mülkiyyətinin idarəolunma sistemini təşkil edən 
elementlər  öz  mütəhərrikliyini  itirə  bilər  və  ümumi  sistem  yararsız  hala  düşər. 
Bələdiyyə  mülkiyyətinin  səmərəli  idarə  olunması  üçün  bütün  qaydalar  birmənalı 
şəkildə yerinə yetirilməlidir. Məhz bu yolla mülkiyyətin idarəolunma sistemi inkişaf 
tapar və tam vəhdət təşkil edər. 


80 
 

Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin