Dövlət və bələdiyyə idarəetməsinin müasir problemləri


Yerli ödənişlərin tərkibi



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə89/152
tarix01.01.2022
ölçüsü1,61 Mb.
#106685
1   ...   85   86   87   88   89   90   91   92   ...   152
YourFileName

Yerli ödənişlərin tərkibi 
           Yerli ödənişlərə aşağıdakılar aiddir : 
1.  Bələdiyyə  mülkiyyətində  olan  torpaqlarda,  binalarda  və  digər 
obyektlərdə  küçə  (divar)  reklamının  yerləşdirilməsi  və  yayımı  üçün 
ödəniş.  
2.  Mövcud  qanunvericiliyə  uyğun  olaraq  bələdiyyə  mülkiyyətinin 
özgəninkiləşdirilməsindən,  icarəyə  və  istifadəyə  verilməsindən  daxil 
olan ödəniş. 
3.  Bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar və 
ya səyyar ticarət, ictimai iaşə və digər idmətlərə görə ödəniş. 
4.  Bələdiyyə  ərazisində  mehmanxana,  sanatoriya  –  kurort  və  turizm 
xidmətləri  göstərən  şəxslərdən  alınan  ödəniş.  Bu  ödəniş  hər  bir  şəxs 
üçün sutkada 1.1 manatdan çox olmamaqla müəyyən edilir. Göstərilən 
ödənişlər qeydiyyata düşmüş şəxslərdən tutularaq növbəti ayın 5-dək 
müvafiq bələdiyyə büdcəsinə ödənilir. 
5.  Bələdiyyə  ərazisində  hüquqi  və  fiziki  şəxlərə  məxsus  olan 
ixtisaslaşdırılmış  avtomobil  dayanacaqları  və  ya  bələdiyyələrin 
qərarına  əsasən  müəyyən  edilmiş  yerlərdən  bütün  növ  nəqliyyat 
vasitələrinin  daimi  və  ya  müvəqqəti  dayanacaqları  üçün  ödəniş.  Bu 
ödəniş  hər  bir  nəqliyyat  vasitəsi  üçün  sutkada  0.1  manatdan  çox 
olmamaqla  müəyyən  edilir.  Göstərilən  ödənişlər  hər  bir  ödəyicidən 
tutularaq  bələdiyyələr  tərəfindən  müəyyən  edilmiş  müddətlərdə  və 
qaydalarda yerli büdcəyə ödənilir. 
           Qanunvericilikdə  nəzərdə  tutulmuş  qaydada  bələdiyyələr  yerli  əhəmiyyətli 
proqramların  maliyyələşdirilməsi  üçün  yerli  rəy  sorğusunun  nəticəsinə  əsasən 
hüquqi və fiziki şəxslərin sərəncamında qalan mənfəət və gəlirlər hesabına ödənilən 
könüllü birdəfəlik ödənişlər tədbiq edilə bilər. Bu ödənişlərdən yalnız təyinatı üzrə 
istifadə olunmalıdır.  
 


89 
 

Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin