Azərbaycan Dövlət Neft Akademiyası



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə18/81
tarix01.01.2022
ölçüsü0,62 Mb.
#106927
növüMühazirə
1   ...   14   15   16   17   18   19   20   21   ...   81
innovasiya menecmenti

Vençur (riskli) biznesi dünya iqtisadiyyatında ötən əsrin 

50-ci  illərində  yaranmış  və  güclü  dünya  industriyasına 

çevrilərək  özünü  iqtisadiyyatın  real  sektorunun  dəstəklənməsi 



 

17 


və  inkişaf  etdirilməsi  üçün  ən  səmərəli  yanaşma  kimi 

göstərmişdir. 

Dünya  iqtisadiyyatında  vençur  kapitalı  yarımkeçiricilər 

elektronikası, hesablama texnikası, informasiya texnologiyaları 

və  biotexnologiya  kimi  sənaye  sahələrinin  inkişafında 

əhəmiyyətli rol oynamışdır. 

Ölkə  iqtisadiyyatının  innovasiyalı  inkişaf  yoluna  yönəl-

məsi milli innovasiya sisteminin bir hissəsi olmalıdır. Maliyyə 

mənbələrinin  riskli  kapital  qoyuluşundan  imtina  etdiyi  mərhə-

lədə  kiçik  və  orta  innovasiya  müəssisələrinə  maliyyə  yardımı 

etməklə  şirkətlərin  yüksək  inkişaf  tempi  təmin  edilir  və 

vençurlu investisiyalar elmin və texnikanın nailiyyətlərinin isti-

fadəsi  əsasında  yeni  istehsalların  yaradılması  və  mövcud 

istehsalların  modernizə  edilməsi  işində  səmərəli  işəsalma  me-

xanizmi rolunu oynayır. Ölkədə güclü elmi-texniki potensialın 

olması vençurlu sənayenin inkişafına zəmin yaradır. 



İnvestisiyalara  gəlir  və  ya  başqa  faydalı  effekt  əldə  et-

mək  məqsədilə  sahibkarlıq  obyektlərinə  qoyulan  və  yaxud  di-

gər fəaliyyət növünə yönəldilən pul vəsaitləri, dəyərli kağızlar, 

digər əmlak, o cümlədən pulla qiymətləndirilə bilən əmlak hü-

quqları və digər hüquqlar aid edilir. 


Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin