23
4) Bankların yenidən maliyyələşdirilməsi;
5) Valyuta tənzimlənməsini
həyata keçirmək;
6) Pul kütləsinin artırılması istiqamətlərinin müəyyən edilməsi;
7) Birbaşa kəmiyyət məhdudiyyətlərinin tətbiqi.
Mərkəzi Bank müxtəlif əməliyyat növləri üzrə bir və ya bir
neçə faiz dərəcəsini müəyyən edə bilər və ya faiz siyasətini faiz
dərəcəsi müəyyənləşmədən həyata keçirə bilər. Mərkəzi Bankın
faiz dərəcələri əməliyyatların həyata keçirildiyi minimal
dərəcələrdən ibarətdir.
Məcburi ehtiyat normaları kredit təşkilatı öhdəliklərinin
20%-ni keçə bilməz. Məcburi ehtiyat normalarına əməl olun-
maması zamanı Mərkəzi Bank kredit təşkilatından köçürülməmiş
vəsaitlərin məbləğini, eləcə də maliyyələşdirmənin iki misli
dərəcəsindən artıq olmamaq şərtilə onun tərəfindən müəyyən
edilmiş həcmdə cərimə ödənilməsini tələb etmək hüququna
malikdir. Bank əməliyyatlarının həyata keçirilməsi hüququnu
verən lisenziyanın ləğv edilməsi zamanı Mərkəzi Bankda
depozitə qoyulmuş vəsaitlər kredit təşkilatının səhmdarlar və
kreditorlar qarşısındakı öhdəliklərinin yerinə yetirilməsi üçün
istifadə edilir.
Dostları ilə paylaş: