Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 25 fevral 2010-cu IL tarixli 235



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə17/114
tarix01.01.2022
ölçüsü1,92 Mb.
#106937
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   114
bank emeliyyatlari

Bankın müştərisi.  
Əksər  ölkələrin  qanunvericiliyinə  əsasən  bankda  hesab 
açmış və onlarla hüquqi müqavilə bağlamış istənilən (rezident və 
ya qeyri-rezident) fiziki və hüquqi şəxslər bankın müştərisi hesab 
edilir.  Müqavilənin  bağlanması  şəraiti  mühümdür.  Məsələn, 
Böyük  Britaniyada  bankda  bir  dəfə  müəyyən  bir  xidmət 
göstərilmiş şəxs hüquqi cəhətdən onun müştərisi hesab edilmir.  
Bankın müştəri ilə müqaviləsi.  
 Respublikamızda  kommersiya  bankları  və  onların  müş-
təriləri  arasındakı  münasibətlər  qanunla  nəzərdə  tutulmuş  qayda 
mövcud  olduğu  halda  müqavilə  əsasında  nizamlanır.  Müqavilə 
bank  və  müştərinin  əməkdaşlığının  əsas  müddəalarını  müəyyən 
edir. Müqaviləyə əsasən bank və müştərinin işgüzar münasibətləri 
qarşılıqlı  etibar  əsasında  qurulur.  Bank  rəsmi  şəkildə  müştəriyə 
xidmət  göstərir,  onun  tapşırıqlarını  yerinə  yetirməyə  öhdəlik 
götürür və müştərini əmin edir ki,  bank işçilərinin səriştəsinə və 
onların yüksək peşəkarlığına etibar etmək olar.  
Müqavilədə  kredit  və  depozitlər  üzrə  faiz  dərəcəsi,  bank 
xidmətlərinin haqqı və onların yerinə yetirilmə müddəti, o cümlədən 
ödəniş  sənədlərinin  işlənmə  müddəti,  müqavilə  şərtlərinə  əməl 
olunmaması  halında  tərəflərin  mülkiyyət  öhdəliyi,  eləcə  də 
müqavilənin  ləğv  olunma  qaydası  və  onun  digər  mühüm  şərtləri 
qeyd edilməlidir.  
Müştəri  tərəfindən  bankın  nümayəndəliklərində  pul  və-
saitlərinə, qiymətli kağızlara və digər qiymətli əşyalara sərəncam 
vermə  hüquqları  onların  ləğv  olunması  və  dayandırılması 
haqqında  xüsusi  yazılı  təlimatın  daxil  olmasınadək  qüvvədədir. 
Nümayəndəlik öz vəsaitlərinə sərəncam vermə hüquqlarına edilən 
dəyişiklikləri bankın onlar haqqında yazılı xəbərdarlıq almasından 
sonra qüvvəyə minir. Bu zaman müştəri bankı mühüm əhəmiyyət 


 
 
 
 
36 
kəsb edən bütün məlumatlar və onun hüquq qabiliyyəti (məsələn, 
müştərinin  həddi  buluğa  çatması)  haqqında  dərhal  xəbərdar 
etməyi öz öhdəsinə götürür.  
Kreditlər,  depozitlər  və  əməliyyatlar  üzrə  komissiya  ödə-
nişləri üzrə faiz dərəcələri qanunda bu barədə məlumat olmadığı 
halda kredit təşkilatı ilə müştəri arasında qarşılıqlı razılıq əsasında 
müəyyən edilir.  
Kredit  təşkilatı  bu  müqavilənin  qüvvədə  olma  müddətini 
birtərəfli qaydada dəyişmək hüququna malik deyil. Müştəri banka 
öz  iddiasını  yalnız  öz  hesabında  olan  vəsaitlər  həcmində,  həmin 
valyutada  və  ciddi  şəkildə  müzakirə  olunmuş  hallarda  irəli  sürə 
bilər.  

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin