Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 25 fevral 2010-cu IL tarixli 235



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə20/114
tarix01.01.2022
ölçüsü1,92 Mb.
#106937
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   114
bank emeliyyatlari

Müdafiə funksiyası.  
 Bank  aktivlərinin  əhəmiyyətli  hissəsi  (təxminən  88%) 
müştərilər  tərəfindən  maliyyələşdirilir.  Bu  səbəbdən  bankın 
səhmdar  kapitalının  və  onlarla  eyniləşdirilən  vəsaitlərin  əsas 
funksiyası  müştərilərin  maraqlarının  müdafiəsindən  ibarətdir. 
Xüsusi kapitalın müdafiə funksiyası bankın ləğv edilməsi zamanı 
müştərilərə  kompensasiyaların  ödənilməsi  imkanı  deməkdir. 
Xüsusi  kapital  gözlənilməz  xərclərin  yaranması  təhlükəsinə 
baxmayaraq bankın fəaliyyət  göstərməsinə imkan verən ehtiyatın 
yaradılması  yolu  ilə  bankın  ödəmə  qabiliyyətinin  qorunmasına 
şərait  yaradır.  Nəzərə  almaq  lazımdır  ki,  bankda  bu  səbəbdən 
yaranmış ziyanın əksər hissəsi bankın hesabına deyil, cari aktivlər 
hesabına  ödənilir.  Əksər  firmalardan  fərqli  olaraq  bankın  ödəmə 
qabiliyyəti  xüsusi  kapitalın  bir  hissəsi  ilə  təmin  edilir.  Səhmdar 
kapitalına  toxunulmayan  müddətdə,  yəni,  aktivlərin  dəyəri  ilə 
öhdəliklərin məbləği bərabər olan zaman bank ödəmə qabiliyyətli 
hesab  edilir.  Lakin  bu  növ  yanaşma  tərzi  hər  zaman  mövcud 
olmamışdır.  
Bank  kapitalının  müdafiə  funksiyasının  məzmunu  bu  gün 
xüsusilə  aktualdır.  Belə  ki,  respublikamızda  depozitlərin 
sığortalanmasının  səmərəli  sistemi  hələ  ki,  formalaşmamışdır, 
digər  tərəfdən  isə  qeyri-sabit  iqtisadi  vəziyyət,  bank  sektorunda 
kəskin  rəqabət,  uyğun  məlumat  bazasının  olmadığına  görə 
aqressiv 
bank 
siyasətinin 
həyata 
keçirilməsi, 
peşəkar 
mütəxəssislərin  azlığı  və  digər  neqativ  amillər  müflisləşməyə  və 
müştərilərin vəsaitlərinin itirilməsinə gətirib çıxarır. Bu səbəbdən 
ölkəmiz üçün xüsusi  kapitalın mövcudluğu bankın etibarlılığının 


 
 
 
 
41 
ilkin şərtidir.  

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin