Ssuda əməliyyatları borcalana vəsaitlərin müddətli,
qaytarılma və ödənclik şərtləri əsasında göstərilən əməliyyat-
lardır. Veksellərin alınması və ya veksellərin zəmanət olaraq
qəbulu ilə əlaqədar olan ssuda əməliyyatları hesablaşma (ssuda-
hesabat) əməliyyatlarından ibarətdir.
«Banklar və bank fəaliyyəti haqqında» Qanunda nəzərə
alınmışdır ki, kredit təşkilatı daşınan və daşınmaz əmlak, dövlət
və digər qiymətli kağızlar, zəmanətlər və dövlət qanunlarına
müvafiq digər öhdəliklər zəmanət qoyulmaqla kreditlər təqdim
edə bilər.
Ssuda əməliyyatlarının növləri kifayət qədər müxtəlifdir.
Onlar aşağıdakı əlamətlərinə görə qruplara bölünür:
Borcalanın növü;
Təminat növü;
Kreditləşdirmə müddəti;
Təyinat (kreditləşdirmə obyektləri);
Açılan hesabın növü;
Vəsaitlərin verilmə qaydası;
Ssudanın bağlanması metodu;
Faizlərin hesablanması və bağlanması qaydası;
Risk dərəcəsi;
Rəsmiləşdirilən sənədlərin növü;
Vəsaitlərin dövriyyə xarakteri və s.