Borc alanın növünə görə: ● hüquqi şəxslərə verilən ssudalar: kommersiya təşki-
latlarına (müəssisələrə, təşkilatlara, o cümlədən ban-
klara, şirkətlərə, firmalara), qeyri-kommersiya və
hakimiyyət orqanlarına;
● fiziki şəxslərə verilən ssudalar.
Kreditorun növündən asılı olaraq ssudalar təsnifləşdirilir:
Bank ssudaları (ayrı-ayrı banklar və bank konsorsiumları,
birləşmələri tərəfindən təqdim edilən, bunun sayəsində də
konsorsial adlanan kreditlər yaranır);
Qeyri-bank kredit təşkilatlarının ssudası (lombardların,
kirayə məntəqələrinin, qarşılıqlı yardım kassalarının,
kredit kooperativlərinin, tikinti cəmiyyətlərinin, təqaüd
fondlarının və s. );
Müəssisə və təşkilatlar tərəfindən borc alanlara verilən
ssudalar (kommersiya kreditləşdirilməsi qaydasında və
ya əhaliyə ticarət təşkilatları tərəfindən verilən möhlətli
ödəniş ssudaları).