3. Bankların aktiv-passiv əməliyyatları – müştərilərin
tapşırığı ilə müəyyən ödəniş – komissiya müqabilində həyata
keçirilən komisyon və vasitəçilik əməliyyatlarındən ibarətdir.
Bank əməliyyatlarının məhz bu qrupu adətən xidmətlər
adlandırılır. Bu növ əməliyyatlara daxili və beynəlxalq he-
sablaşmaların həyata keçirilməsi ilə əlaqədar olan hesablaşma
əməliyyatları, müştərilərin tapşırığı ilə bank tərəfindən qiymətli
kağızların, xarici valyutanın, qiymətli metalların alqı-satqısı üzrə
trast
əməliyyatları, səhmlərin və istiqraz vərəqələrinin
yerləşdirilməsində vasitəçilik əməliyyatları və müştərilərə
mühasibat, məsləhət xidmətlərinin göstərilməsi və s. aid edilir.