3. 3 Banklarda nağd pul emissiyası
Ölkənin ərazisində nağd pul emissiyası üzrə inhisarçı
hüququ əsasən hökumətin Mərkəzi Bankı yerinə yetirir. Hal-
hazırda nağd emissiya əsasən tədavülə buraxılmış banknotlar
formasında yerinə yetirilir, bunlar isə pul nişanlarıdır, dövlət
tərəfindən emissiyalaşdırılır və qanunla rəsmi surətdə hesablaşma
və ödəmə vəsaiti kimi tanınır. Bir neçə ölkələrdə Mərkəzi Banklar
tərəfindən emissiya edilən sikkələrə də inhisar qoyulub, amma
dünya təcrübəsində onların buraxılışı ilə əsasən Maliyyə Nazirliyi
məşğul olur (xəzinədarlıq). Mərkəzi Bank o sikkələri onların
dəyərində satın alır və banknotlarla yanaşı tədavülə buraxır.
Müasir pulların nominal qiyməti onların istehsal maya
dəyərindən dəfələrlə yüksəkdir. Pulların emissiyası imkan yaradır
ki, emissiya gəliri almaq mümkün olsun. Bu da banknotun
(sikkənin) nominal qiymətinin, onun istehsalına çəkilən məsrəflə
və tədavülə buraxılma fərqləri deməkdir. Aydındır ki, nominallar
böyük olduqda, banknotun emissiya gəliri də getdikcə artacaqdır.
O da pul bazasının artımının dövlət büdcəsinin ümumi daxili
məhsuluna və ya gəlirinə münasibəti kimi hesablanır. Bu emissiya
gəliri tam dövlət mədaxilinə köçürülür.
Mərkəzi Bankdakı nağd pul emissiyası pulların hazır-
lanmasının texniki prosesi ilə üst-üstə düşmür. Yeni çap olunmuş
banknotların Mərkəzi Bankın anbarına daxil olması iqtisadiyyatda
nağd pul kütləsini artırmır. Banknot emissiyası Mərkəzi Bankda
müəyyən əməliyyatlar posesində aparılır.
Nağd pul emissiyası ─ iqtisadi agentlərin əlavə tələblərini
ödəmək üçün Mərkəzi Bank tərəfindən tədavülə buraxılmış nağd
70
pul nişanlarıdır. Bu, bütövlükdə ölkədə nağd pul verilməsinin
banklara daxil olan puldan artıq olmasının nəticəsidir.
Mərkəzi Bankın sadələşdirilmiş balansından görünür ki,
banknot emissiyası Mərkəzi Bankın passiv əməliyyatıdır.
”Banknotlar tədavüldə” balansının passiv maddəsinin artımı
Mərkəzi Bankda aktiv əməliyyatların aparılması zamanı baş verir.
Beləliklə, iqtisadiyyata daxil olan nağd pulların əsas mənbələri
aşağıdakılardır:
● Mərkəzi Bankın kommersiya banklarını kreditləşdirməsi;
● Mərkəzi Bankın dövlət qiymətli kağızlarının alınması;
● Mərkəzi Bankın xarici valyutanı və qızılı alması.
Qeyd etmək lazımdır ki, tədavüldə olan banknotların
həcmi, ancaq Mərkəzi Bankın cari daxili və xarici aktivlərinin
artması zamanı baş verir.
Mərkəzi Bankın kommersiya banklarına və hökumətə
verilmiş kreditlərnin məbləğinin artması emissiyaya təsir edir. Bu
vəsaitlər Mərkəzi Bankın hesabında saxlanılır və burada yaranmış
fərq Mərkəzi Bankın kommersiya banklarına və hökumətə
kreditlərin verilməsi zamanı nəzərə alınır. Mərkəzi Bankda eyni
zamanda bu məbləğ qədər kommersiya banklarının hesablarında
vəsait həcmi artarsa, o zaman “Banknotlar tədavüldə” balansı
maddəsinin artımı bu mənbələr hesabına baş verməyəcəkdir.
Mərkəzi Bankın real xarici aktivi xarici valyutanın alış və
satış saldosu deməkdir. Bu Mərkəzi Bankın xarici valyutanı
alması zamanı əldə olunan məbləğə ( xarici valyuta satışı
əməliyyatı zamanı əldə olunmuş vəsait məbləğini çıxmaq şərti ilə)
bərabərdir.
Emissiya hesabına Mərkəzi Bankın əldə etdiyi xarici valyuta
təcrübədə əsasən geniş bir amil kimi qəbul edilməlidir. Xarici
aktivlər ölkənin xarici hesablaşma və ödəmələrini yerinə
yetirilməsi üçün zəruridir. Bu həm də Mərkəzi Bank tərəfindən
milli valyutanın alıcılıq qabiliyyətinin və dəyişmə məzənnəsinin
sabit saxlanılması üçün ehtiyatdır.
71
Mərkəzi Bankın sadəlşdirilmiş balansından görünür ki,
“Banknotlar tədavüldə” maddəsinin böyüklüyünə Mərkəzi Bankın
aktiv əməliyyatlar həcmindən əlavə pul bazasının quruluşu da
təsir edir. Kommersiya banklarının ehtiyatları artıdıqca,
banknotların emissiyası bu şəraitdə az olur.
Beləliklə, nağd pulların emissiya kanalı Mərkəzi Bankın
aktiv əməliyyatlarına aiddir. Bilavasitə emissiya Mərkəzi Bankın
passiv balansının artması nəticəsində baş verir və emissiya üçün
banknotların təmin edilməsi Mərkəzi Bankın aktivləridir.
Beləliklə, müasir dövrdə banknotların buraxılışı qızılla təmin
olunmamışdır, onların tədavülü ölkə əhalisinin banknotların
emitentinə etibarı ilə hesablanıb.
Müasir pul emissiyası banknotların kredit xarakterli təminatı
ilə bağlıdır. Kommersiya bankları kreditləşmə nəticəsində
emissiya yerinə yetirirsə, onda kommersiya banklarının
öhdəliklərindən biri banknotların təmin edilməsidir. Hökumətin
kreditləşməsi nəticəsində emissiya baş verir, bu emissiyanın
təminatı hökumətin öhdəliyidir (dövlət qiymətli kağızları).
Emissiya zamanı bərabər valyuta əməliyyatı keçirilərsə,
emissiyanın təminatı xarici valyuta olur, buna isə xarici Mərkəzi
Bankların öhdəliyi kimi baxmaq olar.
Banknot emissiyasının təminatı milli pul vahidinin sabitli-
yinə bilavasitə təsir edir, ölkələrin çoxunda belə təminat qabi-
liyyəti və normaları qanunçuluq qaydası ilə təyin olunur. Hər bir
ölkənin öz xüsusiyyəti mövcuddur, amma bir qayda olaraq
təminat növündə yalnız tam, etibarlı, qısa müddətli öhdəliklər
zəruridir.
Nağd pulların emissiyası Mərkəzi Bank tərəfindən yerinə
yetirilir. Bu o məqsədlə edilir ki, təsərrüfatçılıq subyektlərinin və
əhalinin əlavə tədavül vəsati və ödəniş tələblərini yerinə yetirmək
mümkün olsun. Kommersiya banklarının depozit hesabında
nağdsız pul vəsaitlərinin həcmi iqtisadi inkişaf nəticəsində artarsa,
onda müştərilərin nağd pula tələbi də müvafiq surətdə artır.
72
Kommersiya bankları öz müştərilərinə əməliyyat kassala-
rından nağd pul verirlər, bu kassalarda isə müəyyən həcmdə
banknot olur, bu da hər anda nağd pulun əməliyyat kassasına
daxil olması ilə oradan verilən nağd pula bərabərdir.
Əməliyyat kassasında olan nağd pul kommersiya bankının
əməliyyatıdır və gəlir gətirmir, ona görə bank həmin pulu böyük
banknot ehtiyatında saxlamaq marağında deyil və artıq pulların
geriyə, Mərkəzi Bankın kassasına qaytarırlar. Əgər kommersiya
bankında müştərilərin tələbini ödəmək üçün bankın əməliyyat
kassalarında lazımi miqdarda nağd pul yoxdursa, kommersiya
bankı Mərkəzi Banka əlavə pul almaq üçün müraciət edir.
Mərkəzi Bank kommersiya bankına öz kassasından bankın
artıq ehtiyat həcmi dəyərində banknotlar verir. Mərkəzi Bank öz
dövriyyə kassasından nağd pulların verilməsindən əlavə nağd
pulların qəbulu əməliyyatını yerinə yetirir. Əgər dövriyyə
kassasına daxil olmuş pullar kommersiya banklarının nağd pula
tələbatını ödəmək üçün çatmırsa və yaxud azlıq edirsə, onda
Mərkəzi Bank lazım olan məbləği öz ehtiyatından dövriyyə
kassasına köçürür. Beləliklə, tədavüldə nağd pulun həcmi artır,
Mərkəzi Bankın nağd- pul emissiyası həyata keçirilir.
|