118
yerinə yetirilənə kimi qeydə alınan məzənnəyə görə valyuta
konvertasiyası barədə sövdələşmənin bağlanmasıdır. Forvard
müqaviləsi bağlanan zaman sövdələşmənin icraedilmə müddəti
olduqca uzun müddətə – bir ilə kimi ola bilər. Forvard müqaviləsi
imzalanarkən bankda olan hesaba sövdələşmə məbləğinin 5 faizi
həcmində sığorta depoziti daxil edilir. Sövdələşmə icra
olunduqdan sonra depozitin bütün məbləği geri qaytarılır.
Sövdələşmə icra olunmadıqda bank onu hesablaşma günü bazar
məzənnəsinə görə bağlayır. Əgər sövdələşmə icra olunmadıqda
məzənnə fərqinə görə bank zərərə uğrayırsa, onda zərər depozit
hesabına ödənilir, depozitdə qalan vəsait isə müştəriyə qaytarılır.
SVAP – eyni məbləğlə iki qarşılıqlı konversiya əməliy-
yatlarından ibarət bank sövdələşməsidir. Bank müştəridən
müəyyən valyutanı (onu digərinə konversiya edir) alır, ra-
zılaşdırılmış müddətdən sonra onu müştəriyə ilkin valyutada geri
qaytarır. Bu zaman müştəriyə əvvəlcədən alış məzənnəsi, həm də
valyutanın əsk satışının qeydə alınmış məzənnəsi məlumdur.
SVAP sövdələşməsinin üstünlüyü ondan ibarətdir ki, müştəri
qabaqcadan pulun dəqiq dəyərini bilir və bazar məzənnəsi
fərqlərinin riskindən azaddır. Bu xidmətən həm maliyyə, həm də
ticarət şirkətləri istifadə edir. Məsələn, şirkətin hesabında ABŞ
dolları var, lakin malların alqı-satqısını Avro ilə həyata keçirməli
olduğu təqdirdə, SVAP xidməti qabaqcadan malların satış
qiymətini dəqiq müəyyən etmək və məzənnədə tərəddüdlə
əlaqədar qeyri-müəyyənlikdən kənarlaşmaq imkanı yaradır.
Dostları ilə paylaş: