121
dirməyin yeni metodlarını axtarmağa məcbur olmuşdular.
Beynəlxalq ticarət sahəsində baryerlər aradan qalxdıqca bir çox
Amerika, Asiya, eləcə də Latın Amerikası ölkələri dünya
bazarlarında daha da fəallaşmağa başladı. Qərbi Avropa
sahibkarları kreditləri şəxsi mənbələri hesabına verməkdə çətinlik
çəkirdilər.
Forfeytinq ixracın dövlət kreditləşdirilməsinin zəif inkişaf
etdiyi ölkələrdə daha geniş yayılmışdır. İlk olaraq forfeytinq
əməliyyatı kommersiya bankları tərəfindən həyata keçirilirdi,
lakin «a-forfe» əməliyyatlarının həcmi artdıqca ixtisaslaşdırılmış
qurumlar da yaranmağa başlamışdır.
Hal-hazırda forfeytinqin əsas mərkəzlərindən biri də
Londondur. Belə ki, Avropa ölkələrinin bir çoxunun ixracı Sitidən
maliyyələşdirilir. Forfeytinq biznesinin əksər hissəsi Almaniyada
mərkəzləşdirilmişdir.
Beləliklə, forfeytinq ilbəil müxtəlif maliyyə mərkəzlərində
inkişaf edir. Bununla yanaşı «a-forfe» əməliyyatlarının sayının
artmasını belə mərkəzlərin sayının artması ilə əlaqələndirmək
böyük bir səhv olardı. Bu, risklərin (həmçinin ixracçıların riskləri)
artması ilə əlaqədar olaraq maliyyələşdirmə mənbələrinin kifayət
qədər olmaması ilə izah olunur.
Forfeytinq əhəmiyyətli dərəcədə üstün cəhətlərə malikdir,
bu isə onu ortamüddətli maliyyələşdirmənin ən cəlbedici
formasına çevirir. Bu formanın əsas üstün cəhətləri forfeyterin
əməliyyatla əlaqədar bütün riskləri öz üzərinə götürməsindən
ibarətdir. Bundan başqa, onun cəlbediciliyi bəzi ölkələrdə
fiksəedilmiş faiz dərəcələrindən imtina edilməsindən sonra daha
da artmışdır.
Dostları ilə paylaş: