Kassa əməliyyatları - əsasən investisiyaların edilməsi ilə
əlaqədardır. Kassa əməliyyatlarında qiymətli kağızların
ödənilməsi əqd bağlanan kimi dərhal edilir (əslində isə 1-2 iş
günü ərzində). Dünya təcrübəsində kassa əməliyyatları üzrə
hesablaşmanın əqd günündə edilməsi qaydası qəbul olunub. Çox
vaxt hesablaşma əqddən sonra ikinci, üçüncü yaxud beşinci iş
günü (əqd günü hesaba alınmır) keçirilir. Məsələn, Nyu-York
fond birjasında bu cür əqdlər üzrə hesablaşmalar beşinci iş günü,
Rusiya fond bazarında ikinci iş günü keçirilir. Alınıb-satılan
qiymətli kağızlar dəsti böyük olduqda hesablaşma müddəti artıq
olur. Əgər dəst ən az səhmdən ibarətdirsə Nyu-York fond
birjasında hesablaşma on dördüncü gün keçirilir.