Müddəti artırılmış əqdlər ondan ibarətdir ki, qiymətli
kağızın alıcısı, yaxud satıcısı məzənnənin dəyişməsindən asılı
olaraq əməliyyatın müddətini artıra, yaxud son hesablaşmanı
təxirə sala bilər. O, itkilərini örtməyə imkan verən məzənnə
dəyişikliyinə ümid edir.
Qiymətli kağızlarla müddətli möhtəkir əməliyyatların report
və deport növləri məlumdur.
131
Report – qiymətli kağızın satış gününün məzənnəsi ilə onun
müəyyən müddətdən sonra artıq məzənnə ilə geri alınması şərtilə
banka satılmasıdır. Məsələn, möhtəkir səhmləri 305 manat vahidi
məzənnəsi ilə onların iki həftədən sonra 307 manat vahidi
məzənnəsi ilə (2 manat vahidlik əlavə report adlanır) məcburi geri
alınması şərti ilə satır. Bank bütün hallarda mənfəət əldə edir,
möhtəkir isə yalnız o vaxt mənfəət əldə edir ki, geri alınma anına
səhmlərin məzənnəsi 307 manat vahidindən artıq olsun.
Deport əqdləri müəyyən müddətdən sonra aşağı məzənnə
ilə geri satılması şərtilə qiymətli kağızın cari məzənnə ilə
alınmasıdır. Möhtəkir səhmləri bankdan 305 manat vahidinə alır
və şərtləşir ki, onları iki həftədən sonra 303 manat vahidi
məzənnəsi ilə (2 manat vahidlik güzəşt deport adlanır) mütləq
geri satacaq.
Birja əməliyyatlarının bir növü də qiymətli kağızların
arbitajıdır. Arbitajın mahiyyəti ucuz alıb baha satmaqdır.
|