Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 25 fevral 2010-cu IL tarixli 235



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə73/114
tarix01.01.2022
ölçüsü1,92 Mb.
#106937
növüDərs
1   ...   69   70   71   72   73   74   75   76   ...   114
bank emeliyyatlari

Pul vəsaitlərinin 
mənbələri 
Səhmdar 
kapital 
Bankın aldığı 
borclar 
Depozitlər 


 
 
 
 
134 
S – xüsusi kapitaldır.  
Bir  kreditor  (əmanətçi)  üçün  riskin  maksimum  miqdarı, 
depozitin  və  ya  alınmış  kreditin,  həmçinin,  kredit  təşkilatının  bu 
kreditor  üçün  verdiyi  təminat  və  tapşırıqlarının  bir  və  ya  öz 
aralarında  əlaqələri  olan  kreditorun  hesabları  üzrə  qalıqlarının 
kredit  təşkilatının  xüsusi  vəsaitinə  olan  nisbətinin  faizi  ilə 
müəyyən edilir:  
K
2
 = (İRD/S) 

100 
Burada:  
 İRD  –  bir  və  ya  öz  aralarında  əlaqədə  olan  kreditorların 
öhdəlikləri  üzrə  depozit,  hesablaşma,  cari  hesabların  bu 
kreditorun adından verilmiş təminat və tapşırıqlarının 50%-i əlavə 
edilməklə  və  ya  kredit  təşkilatının  aldığı  banklararası  depozitlər 
üzrə manat və xarici valyutada məcmu məbləğidir.  
 S – bankın xüsusi kapitalıdır.  
 K

– normativin  maksimum qiyməti aşağıdakı  kimi  müəy-
yən edilir.  
 Depozitlər  bank  vəsaitlərinin  başlıca  mənbəyidir.  Lakin 
onun bəzi çatışmazlıqları da mövcuddur.  
1. Əmanətlərin cəlb edilməsi banklardan böyük səylər tələb 
edir; 
2.  Depozit  əməliyyatında  iştirak  edən  əsas  şəxs  müştəridir. 
Bu  səbəbdən  də  lazım  olduğu  halda  depozitlər  vasitəsilə  əlavə 
vəsait cəlb etmək banklar üçün çox çətin olur
3.  Yığıma  və  ya  investisiyaya  ayrılan  vəsaitlərin  hər  hansı 
bir bölgə üzrə ümumi həcmi məhduddur
4.  Banklar  depozit  hesablardakı  vəsaitlər  üzrə  məcburi 
ehtiyat saxlamalı və depozitlərin sığorta haqqını ödəməlidir.  
Yuxarıda deyilənlərlə əlaqədar tələb olunan əlavə vəsaitlərin 
cəlb  edilməsi  üsulu  kimi  banklar  idarə  olunan  passivlər  adlanan 
maliyyə  alətləri  vasitəsilə  kapitallar  alır.  İdarə  edilən  passivlərin 
başlıca üstünlüyü tələb olunan pul vəsaitlərini qısa zamanda əldə 
etməkdən  ibarətdir.  Məsələn,  ABŞ-da  idarə  edilən  passivlərin 
formalaşdırılması yolları aşağıdakılardır: 


 
 
 
 
135 
-  İrihəcmli depozit sertifikatlarının satılması; 
-  Geri  almaq  haqqında  müqaviləli  qiymətli  kağızların 
satılması; 
-  Federal ehtiyat sistemindən kreditlərin alınması; 
-  Avrodollar borcları; 
-  Federal fondların açılması.  
Depozit əməliyyatları təşkil olunduqda bank səy göstərməlidir 
ki, depozit hesablarındakı sərbəst vəsaitlərin (aktiv və əməliyyatlara 
cəlb edilməyən) ehtiyatları minimum həddə olsun.  
Sərbəst bank resurslarının həcmi hesablaşma, cari, büdcə və 
digər  depozit-əmanət  hesablarındakı  vəsaitin  qalığı  ilə  ssuda 
borcunun  həcmi  arasındakı  fərq  kimi  müəyyən  edilir.  Bu  fərqin 
minimum səviyyədə olması bank üçün səmərəli hesab edilir.  
Hazırda banklar arasında rəqabət mübarizəsinin genişləndiyi 
bir şəraitdə əhalinin pul əmanətlərinə sabit və ehtiyat bank vəsaiti 
kimi  baxmaq  banklar  üçün  əlverişli  deyil,  çünki  əhalinin  böyük 
əksəriyyətində əmanət yaratmaq imkanı aşağıdır.  
 
 

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin