142
Bundan əlavə, fondlar tərəfindən ehtiyat təminatı tələb
olunmur. Federal fondlarla sövdələşmələr telefon vasitəsilə
həyata keçirilir. İzafi ehtiyat vəsaitlərinə malik olan və ya borc
almaq istəyən banklar bir qayda olaraq brokerlərin xidmətlərindən
istifadə edirlər.
Böyük Britaniyada banklararası kreditlər bazarı “paralel”
pul bazarının bir hissəsidir. Banklararası kreditlər 1971-ci ildən
sonra yeni məcburi ehtiyatlar normasının kəskin artımından sonra
inkişaf etməyə başlamışdır. Belə olan halda bir çox banklar digər
kredit müəssisələrindən qısamüddətli borclar almaq yolu ilə
ehtiyat mövqeyini dəyişməyə cəlb olunurdu.
Banklararası bazarda depozitlər 100 min funt sterlinqdən az
olmayan lotlarla təşkil edilir. Müddətlər və faiz stavkaları
sövdələşmələr bağlanan gün qeydə alınır. Müxtəlif müddətli
depozitlər üzrə faiz dərəcəsinin əsasını banklararası London
bazarında formalaşan LİBOR dərəcəsi təşkil edir.
ABŞ-da olduğu kimi, burada da sövdələşmələrin xeyli
hissəsi bir gün üçün bağlanılır. Lakin bununla belə 1, 2, 3, 6, 9 ay
və 1 il müddətinə verilən kreditlər də olduqca geniş yayılmışdır.
Dostları ilə paylaş: