143
gündən başlayaraq istənilən müddətə təyin etmək olar. Təcrübədə
bir neçə günlük və ya bərpa olunan “pero”lar da tətbiq olunur.
“Pero” sövdələşməsinin daha bir üstünlüyü onun bankın ehtiyat
hesabına tez bir zamanda daxil olmasıdır ki, bu da ehtiyat
mövqeyinin tarazlaşdırılması üçün ən əlverişli vasitəsidir.
Nəhayət ayrıca, alıcı tərəf qiymətli kağız üzərində sərəncam
hüququ qazandığından bunları müddət başa çatana qədər fond
birjasında sata bilər.
Banklar “pero” əməliyyatlarından öz likvidliyini təmin et-
mək üçün geniş istifadə edirdi. İri sənaye şirkətləri və digər inves-
torlar üçün “pero” əməliyyatları öz vəsaitlərini qısa müddətə
mənfəətlə yerləşdirilmənin ən rahat formasıdır.
Dostları ilə paylaş: