Veksellərin uçotu və federal ehtiyat banklarından kreditlərin alınması. Kommersiya bankları federal ehtiyat bank-
larından kreditlər ala bilər. Bir qayda olaraq bunlar qısamüddətli
ssudalardır. Kreditlərin təyinatı mövsümü də fövqəladə şəraitlə
əlaqədar bankların resurs çatışmazlığının aradan qaldırılmasıdır.
ABŞ-ın Federal Ehtiyat Sistemi kreditlərin kommersiya
bankları üçün daimi vəsait mənbəyinə çevrilməsinə qarşı çıxır.
Məhz bu səbəbdən də FES-in rəhbərliyi bankların kredit almaları
üçün müntəzəm müraciətlərini qəbul etmir . Kreditin alınması
üçün təminat formasında qiymətli xəzinə kağızlarının federal
müəssisə öhdəliklərinin təqdim olunması tələb edilir. 1980-cı ilə
qədər yalnız FES üzvü olan banklar Mərkəzi Bankdan ssuda ala
bilərdi. Hazırda bu hüquq bütün kredit təşkilatlarına verilmişdir.