Kommersiya kağızlarının buraxılışı. Kommersiya ka-
ğızları qısamüddətli təminatsız öhdəliklər olub yüksək qabiliyyətli
şirkətlər tərəfindən buraxılır. Kağızların buraxılmasında məqsəd
dövriyyə kapitalına yaranan ehtiyacları maliyyələşdirmək üçün
qısamüddətli vəsaitlərin əldə olunmasıdır. Kağızların nominalı
1000 ABŞ dolları olub müddəti 30 gündən 270 günə qədərdir. Bu
öhdəliklərin ikinci bazarı praktiki olaraq mövcud deyildir.
İnvestorlar kommersiya kağızlarını ona görə alırlar ki,
bunlara federal fondların kağızları və xəzinə vekselləri ilə
müqayisədə daha çox gəlir ödənilir. Emitentlərə gəldikdə isə,
qeyd etmək lazımdır ki, bu əməliyyat onlar üçün də əlverişlidir,
çünki kommersiya kağızları üzrə faizlər adi bank kreditlərindən
xeyli aşağıdır.
Banklar kommersiya kağızlarını bank holdinqləri vasitəsilə
buraxaraq bazarda satıldıqdan sonra digər banklardan kreditlə
qiymətli kağızlar alırlar.