Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 25 fevral 2010-cu IL tarixli 235



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə83/114
tarix01.01.2022
ölçüsü1,92 Mb.
#106937
növüDərs
1   ...   79   80   81   82   83   84   85   86   ...   114
bank emeliyyatlari

Yeni  bazar  infrastrukturuna  yeni  informasiya  sistemləri, 
klirinq və hesablaşma sistemləri aiddir.  
Sekyuritizasiya  –  pul  vəsaitlərinin  ənənəvi  formalardan 
qiymətli  kağızlara,  həmçinin  iri  investorlar  kütləsi  üçün  əlverişli 
olan qiymətli kağızların bir formadan digərinə keçid meylidir.  
Bu gün  qiymətli kagızlar bazarının inkişafını ləngidən əsas 
problemlərdən  biri  sahibkarlıq  fəaliyyəti  subyektlərinin  aşağı 
səviyyəli investisiya aktivliyinin olmasıdır. Bu bir neçə səbəbdən 
meydana gəlib: 
-  İlk  növbədə  iqtisadiyyatda  mövcud  problemlər  və  özəl 
sektorun aşağı investisiya imkanları ilə bağlıdır; 
-  Aşağı  investisiya  aktivliyi  problemi  ödəməmələrin  dərin-
ləşməsi ilə daha da genişlənir
-  Bank  sistemində  mövcud  problemlər,  real  sektor  iştirak-
çılarının  kredit  resurslarından  lazımi  səviyyədə  faydalana 
bilməməsi ilə əlaqədardır.  
Digər  tərəfdən  fond  bazarının  əsas  səciyyəvi  xüsusiyyəti 
aşağıdakılardır: 
-  Kiçikhəcmli və qeyri-likvid olması; 


 
 
 
 
151 
-  Makroiqtisadi  səviyyədə  “düzgün  tərtib”  olunmaması 
(fond  bazarında  iştirakçılar  arasında  düzgün  proporsiyaların 
müəyyənləşdirilməsi və s. )  
-  Maddi  bazanın,  ticarət  texnologiyalarının,  tənzim  olunan 
və məlumatlanma infrastrukturlarının inkişaf etməməsi
-  Dövlət  tənzimləmə  sisteminin  parçalanması,  bir  çox  tən-
zimləmə 
funksiyalarının  ayrı-ayrı  idarəetmə  orqanlarında 
təkrarlanması,  vahid  tənzimləmə  konsepsiyasının  hazırlanma-
ması; 
-  Qiymətli  kağızlarla  bağlı  olan  bütün  risklərin  yüksək 
səviyyədə olması; 
-  İnvestisiya böhranının bərqərarlaşması; 
-  Spekulyativ dövriyyənin aradan qaldırılmaması və s.  
İnvestisiya  məqsədilə  maliyyə  resurslarının  əsas  hissəsi 
qiymətli  kağızlar  bazarında  əsasən  korporativ  qiymətli  kağızlar 
sektorunda formalaşır. Bu gün isə qiymətli kağızlar bazarının çox 
hissəsi  dövlət  qısamüddətli  istiqrazların  payına  düşür.  Bu  isə,  öz 
növbəsində,  maliyyə  vəsaitlərinin  lazımi  səviyyədə  və  düzgün 
yerləşdirilməsini qeyri-mümkün edir.  
Qiymətli  kagızlar  bazarının  inkişafı  müxtəlif  növ  kapital 
bazarının  fəaliyyətinin  birləşməsi  ilə  səciyyələnir.  Bir  tərəfdən, 
QKB  kapitalları  özünə  cəlb  edir,  digər  tərəfdən  isə  qiymətli 
kağızlar  mexanizmi  vasitəsilə  kapitalları  digər  tərəfə  yönəldir, 
beləliklə də, onların inkişafına şərait yaradır.  
Lakin  bütün  bu  problemlərin  mövcudluğuna  baxmayaraq 
ölkəmiz  üçün  zəruri  olan  bu  bazar  strukturu  gələcəkdə  yüksək 
templərlə  inkişaf  edəcəkdir.  Belə  ki,  özəlləşdirmə  prosesinin 
davam  etməsi,  iri  korporasiyaların,  holdinq  strukturlarının 
yaranması, bununla da iri səhmdar cəmiyyətlərinin formalaşması 
qiymətli kagızlar bazarının lazımi səviyyədə bərqərar olmasına və 
milli  şirkətlərimizin  səhmlərinin  dünya  birjalarında  iştirakına 
şərait yaradacaq.  

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin