154
kreditlər verə bilər. Ssudalar müddət müəyyən edilmədən və
təminat qismində qəbul edilmiş vekselin ödəmə müddəti başa
çatan kimi rəsmiləşdirilir. Veksellər xüsusi ssuda hesabının
təminatı qismində tam dəyərində deyil, adətən konkret bank
tərəfindən müəyyən edilmiş ölçüdən, həmçinin vekseli təqdim
edən müştərinin kredit qabiliyyətindən asılı olaraq məbləğin 60-90%
dəyərində qəbul edilir.
Vekselli hesab üzrə kreditin ödənilməsi adətən kredit
verən müəssisə ilə həyata keçirilir, sonra ona vekselin təminatı
qismində borca görə ödənilmiş məbləğ geri qaytarılır. Əgər
müştəridən xüsusi hesab üzrə borcun ödənilməsi üçün vəsait daxil
olmursa, onda o, vekselin ödənişinə daxil olmuş məbləğə
yönəldilir.
Dostları ilə paylaş: