“ISCO 88/08-ə uyğun təkmilləşdirilmiş peşə standartlarının və əlaqədar təlim standartlarının hazırlanması”
16
İctimaiyyətlə əlaqələr üzrə proqramları, o cümlədən xərclərin büdcəsinin
hazırlanmasını planlaşdırmaq;
Əsas hədəf qrupları və auditoriyaları müəyyən etmək, təbliğat xarakterli məlumatları
hazırlamaq və onlara təqdim etmək üçün uyğun üsulu müəyyən etmək;
Kampaniyanın məqsədlərini müəyyən etmək, onları rəhbərlik və digər maraqlı tərəflər
ilə razılaşdırmaq;
İctimaiyyətlə əlaqələr üzrə proqramların cədvəlini düzgün tərtib etmək və planlara daxil
etmək;
Hüquqi və etik məhdudiyyətlərə riayət etmək;
Vəzifə və öhdəlikləri işçi personalının digər üzvləri ilə razılaşdırmaq;
Təşviqat strategiyalarının, informasiya proqramlarının elementlərini hazırlayan və icra
edən kənar qurumların, müəssisələrin, idarələrin fəaliyyətlərini araşdırmaq;
Bütün növ informasiya vasitələrində məhsullar, təşkilatlar və ya fərdlər ilə əlaqədar
reklam kampaniyalarını təşkil etmək məqsədi ilə reklam agentlikləri və ya onların işçi
personalından məsləhət almaq;
İctimaiyətlə əlaqələr üzrə digər rəhbər şəxslər ilə çalışaraq ictimai informasiya
proqramları ilə əlaqədar siyasətlər və prosedurları hazırlamaq;
Maliyyə vəsaitlərini toplamaq üçün məqsədləri müəyyənləşdirmək, ianələrin toplanması
və qorunması üçün siyasətləri işləyib hazırlamaq, eləcə də pul vəsaitlərinin ödənişini
əlaqələndirmək.
40 %
İnformasiya vasitələrinin təqdimatlarına kömək etmək:
İşçi heyətin informasiya vasitələri ilə qarşılıqlı əlaqəsinə dair iş yerinin siyasətlərini
aydınlaşdırmaq;
Xəbər bülletenləri və müsahibələr üçün məlumatları təqdim etmək və ya onların
hazırlanması üzrə tövsiyələr vermək;
Maraqlı və səmərəli xəbər bülletenlərini yazmaq, mətbuat üçün məlumatları hazırlamaq,
eləcə də şirkətin internet səhfəsinin hazırlanmasında dəstək göstərmək.
20 %
Maraq doğuran obyekt və ya xüsusi ərazilərə səfərlər etmək:
Obyektlər, müvafiq ərazilər və ya avadanlıqların təşkilatın standartları, əməyin
mühafizəsi və təhlükəsizlik üzrə təlimatlara uyğun olmasını təmin etmək, müsbət ictimai
imici təşviq etmək məqsədi ilə onları nümayiş və ya səfərdən əvvəl hazırlamaq;
Təqdim olunan məlumatların doğruluğunu təmin etmək, eləcə də müzakirə olunan və
nümayiş etdirilən obyektlər, müvafiq ərazilər və ya avadanlıqlar barədə ərtaflı məlumat
vermək.
20 %
İctimaiyyətlə əlaqələr üzrə proqramları nəzərdən keçirmək və qiymətləndirmək:
Kampaniyanın planlarında onların səmərəliliyini monitorinq etmək, nəzərdən keçirmək
və qiymətlənidirmək üsullarının olmasını təmin etmək;
Reklam və təşviqat proqramlarının ictimaiyyətlə əlaqələr üzrə fəaliyyətlərə uyğun
olmasını təmin etmək;
Şirkətin öz fəaliyyətinə aid işlərin arxiv sənədlərinin qeydiyyatını aparmaq.
Dostları ilə paylaş: