C. MÜƏSSİSƏLƏR ÜÇÜN NÜMUNƏVİ TƏLİM STANDARTI
İctimaiyyətlə əlaqələr üzrə menecer
Təlim standartına dair qısa məlumat
Hazırkı təlim standartı müəssisələr, təlim mərkəzləri və institutları, təlim iştirakçıları üçün
hazırlanmışdır və ictimaiyyətlə əlaqələr üzrə menecer
üçün tələb olunan səriştələri əks etdirir. İşlə
bağlı səriştənin nümayiş etdirilməsi üçün tələb olunan bilik və bacarıqların əldə edilməsinə xidmət
edən təlim proqramları, kurikulumlar və təlim materiallarının hazırlanmasında bu standartdan təlimat
kimi istifadə etmək olar. Bu standart əsasında hazırlanmış təlim digər peşələr üzrə səriştələrə malik
olan, mövcud səriştələrini inkişaf etdirmək, mövcud iş yerində digər vəzifələri icra edə bilmək, yaxud
digər müəssisədə və ya digər peşə üzrə iş tapmaq üçün yeni ümumi səriştələr əldə etmək istəyən
şəxslər üçün də uyğun ola bilər.
Dostları ilə paylaş: |