Isco 88/08-ə uyğun təkmilləşdirilmiş peşə standartlarının və əlaqədar təlim standartlarının hazırlanması



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə19/21
tarix01.01.2022
ölçüsü0,67 Mb.
#107162
1   ...   13   14   15   16   17   18   19   20   21
1222-0-00138-01 İctimaiyyətlə əlaqələr üzrə menecer

 

 


“ISCO 88/08-ə uyğun təkmilləşdirilmiş peşə standartlarının və əlaqədar təlim standartlarının hazırlanması” 

 

27 



Əsas vəzifələrin (V) və vəzifələr daxilində fəaliyyətlərin (F) siyahısı

 1

 

V.1.   İctimaiyyətlə əlaqələr üzrə kampaniyaların həyata keçirilməsini planlaşdırmaq və hazırlamaq: 

F.1.1.   İctimaiyyətlə əlaqələr üzrə proqramları, o cümlədən xərclərin büdcəsinin 

hazırlanmasını planlaşdırmaq;  

F.1.2.   Əsas hədəf qrupları və auditoriyaları müəyyən etmək, təbliğat xarakterli məlumatları 

hazırlamaq və onlara təqdim etmək üçün uyğun üsulu müəyyən etmək;  

F.1.3.   Kampaniyanın məqsədlərini müəyyən etmək, onları rəhbərlik və digər maraqlı tərəflər 

ilə razılaşdırmaq; 

F.1.4.   İctimaiyyətlə əlaqələr üzrə proqramların cədvəlini düzgün tərtib etmək və planlara 

daxil etmək; 

F.1.5.   Hüquqi və etik məhdudiyyətlərə riayət etmək; 

F.1.6.   Vəzifə və öhdəlikləri işçi personalının digər üzvləri ilə razılaşdırmaq; 

F.1.7.   Təşviqat strategiyalarının, informasiya proqramlarının elementlərini hazırlayan və icra 

edən kənar qurumların, müəssisələrin, idarələrin fəaliyyətlərini araşdırmaq;  

F.1.8.   Bütün növ informasiya vasitələrində məhsullar, təşkilatlar və ya fərdlər ilə əlaqədar 

reklam kampaniyalarını təşkil etmək məqsədi ilə reklam agentlikləri və ya onların işçi 

personalından məsləhət almaq; 

F.1.9.   İctimaiyətlə əlaqələr üzrə digər rəhbər şəxslər ilə çalışaraq ictimai informasiya 

proqramları ilə əlaqədar siyasətlər və prosedurları hazırlamaq; 

F.1.10.   Maliyyə vəsaitlərini toplamaq üçün məqsədləri müəyyənləşdirmək, ianələrin 

toplanması və qorunması üçün siyasətləri işləyib hazırlamaq, eləcə də pul vəsaitlərinin 

ödənişini əlaqələndirmək. 

 

V.2.   İctimaiyyətlə əlaqələr üzrə kampaniyaları araşdırmaq: 



F.2.1.   Kampaniyanın planlaşdırılması ilə əlaqədar müəyyən edilmiş cari qaydalar və son 

hadisələri araşdırmaq; 

F.2.2.   Loqotip və firma nişanından istifadəni ehtiva edən şirkətin koorporativ imic və 

üslubunu hazırlamaq və dəstək göstərmək. 

 

V.3.   İctimaiyyətlə əlaqələr üzrə kampaniyaları həyata keçirmək: 



F.3.1.   İctimaiyyətlə əlaqələr üzrə kampaniyaları plana uyğun olaraq həyata keçirmək; 

F.3.2.   Qəlyanaltı, mətbuat konfransları, sərgilər, açıq qapı günləri və sponsorluq işləri ilə 

əlaqədar tədbirlər təşkil etmək;  

F.3.3.   Xüsusi tədbirlər, o cümlədən mədəni fəaliyyətlərin dəstəklənməsi, yeni məhsulların 

təqdim olunduğu kampaniyalar və ya KİV-lər vasitəsi ilə (birbaşa reklam etmədən) 

ictimaiyyətin diqqətini cəlb etmək üçün firmanın dəstəklədiyi digər fəaliyyətləri idarə 

etmək;  

F.3.4.   Ehtiyac yaranarsa yerli özünüidarə orqanları və bələdiyyələrin rəsmiləri, KİV 

nümayəndələri, istehlakçılar, işçilər və xüsusi maraq qrupları ilə səmərəli işgüzar 

əlaqələr qurmaq;  

F.3.5.   Müəssisənin fəaliyyəti və vəziyyəti barədə məlumat sorğularını cavablandırmaq; 

F.3.6.   Müfaviq informasiya vasitələrinin potensial səmərəsini qiymətləndirmək və kampaniya 

üzrə təbliğatı təkmilləşdirmək məqsədi ilə onlardan istifadə etmək; 

F.3.7.   Kampaniyanı hüquqi və etik normalar, həmçinin təşkilatın tələblərinə uyğun olaraq 

həyata keçirmək; 

F.3.8.   Kampaniyanın naliyyətlərini təqvim planı və xərclər üzrə tələblərə əsasən monitorinq 

etmək, müvafiq məlumatları toplamaq və ehtimal olunan dəyişiklikləri təsdiq etmək 

üçün təşkilati prosedurlara uyğun olaraq məlumat vermək;  

                                                             

1

 Müvafiq sahə üçün olan peşə standartındakı ilə eynidir. 




“ISCO 88/08-ə uyğun təkmilləşdirilmiş peşə standartlarının və əlaqədar təlim standartlarının hazırlanması” 

 

28 



F.3.9.   Kampaniyaya ediləcək hər hansı zəruri dəyişiklik ilə əlaqədar maraqlı tərəflərin 

razılığını almaq;  

F.3.10.   Kampaniyalarda edilən dəyişiklər barədə müvafiq auditoriyanı əvvəlcədən 

məlumatlandırmaq. 

 

V.4.   İnformasiya vasitələrinin təqdimatlarına kömək etmək: 



F.4.1.   İşçi heyətin informasiya vasitələri ilə qarşılıqlı əlaqəsinə dair iş yerinin siyasətlərini 

aydınlaşdırmaq;  

F.4.2.   Xəbər bülletenləri və müsahibələr üçün məlumatları təqdim etmək və ya onların 

hazırlanması üzrə tövsiyələr vermək; 

F.4.3.   Maraqlı və səmərəli xəbər bülletenlərini yazmaq, mətbuat üçün məlumatları 

hazırlamaq, eləcə də şirkətin internet səhfəsinin hazırlanmasında dəstək göstərmək. 

 

V.5.   Maraq doğuran obyekt və ya xüsusi ərazilərə səfərlər etmək: 



F.5.1.   Obyektlər, müvafiq ərazilər və ya avadanlıqların təşkilatın standartları, əməyin 

mühafizəsi və təhlükəsizlik üzrə təlimatlara uyğun olmasını təmin etmək, müsbət 

ictimai imici təşviq etmək məqsədi ilə onları nümayiş və ya səfərdən əvvəl hazırlamaq;  

F.5.2.   Təqdim olunan məlumatların doğruluğunu təmin etmək, eləcə də müzakirə olunan və 

nümayiş etdirilən obyektlər, müvafiq ərazilər və ya avadanlıqlar barədə ərtaflı məlumat 

vermək. 


 

V.6.   Təqdimat etmək: 

F.6.1.   Auditoriyanı cəlb etmək məqsədi ilə ümumi natiqlik bacarıqlardan səmərəli istifadə 

etmək; 


F.6.2.   Təqdimatı daha yaxşı etmək üçün vizual vasitələr və təqdimat üçün nəzərdə tutulan 

digər avadanlıqlardan düzgün istifadə etmək; 

F.6.3.   Fəal iştirak etmək və müvafiq halda münasibət bildirmək üçün auditoriyanı 

həvəsləndirmək; 

F.6.4.   Təqdimatı tələb olunan vaxt çərçivəsində başa çatdırmaq və digər işçilər ilə 

qiymətləndirmək. 

 

V.7.   İnformasiya vasitələri və maraqlı tərəflərə məlumat vermək: 



F.7.1.   Zəruri məsələlər ilə əlaqədar və böhran zamanı şirkət və ya təşkilat adından cavab 

vermək; 


F.7.2.   Jurnalistlər ilə müsahibələr təşkil etmək, eləcə də informasiya vasitələrinə bəyanatlar 

vermək;  

F.7.3.   İctimai qurumlar, informasiya vasitələri və digər təşkilatlardan daxil olan sorğuları 

cavablandırmaq; 

F.7.4.   Şirkətin rəhbər şəxslərinin çıxışlarını hazırlamaq, eləcə də onlar üçün müsahibələr və 

digər ünsiyyət formalarını planlaşdırmaq. 

 

V.8.   Müxtəlif materialları hazırlamaq: 



F.8.1.   Filmlər və digər video məhsulları hazırlamaq, onların paylanmasını tənzimləmək və 

filmotekanı idarə etmək; 

F.8.2.   Şirkətdaxili əlaqələrin qurulması üzrə kurslar, seminarlar və informasiya vasitələri üzrə 

təlimlər keçirmək;  

F.8.3.   İnformasiya bülletenləri, şirkət daxili jurnallar, kiçik kitabçalar, broşurlar, internet 

səhifələri, bloqlar, forumlar və s. yazmaq, redaktə etmək və hazırlanmasını təşkil etmək. 

 

V.9.   Digər aidiyyəti vəzifələri yerinə yetirmək: 



F.9.1.   İctimaiətlə əlaqələr üzrə büdcələri idarə etmək; 

F.9.2.   İctimaiyyətlə əlaqələr üzrə personalı təyin etmək, onlara nəzarət etmək və 

fəaliyyətlərini nəzərdən keçirmək;  



“ISCO 88/08-ə uyğun təkmilləşdirilmiş peşə standartlarının və əlaqədar təlim standartlarının hazırlanması” 

 

29 



F.9.3.   Şirkətin əməkdaşlarının müəssisə haqqında fikirlərini mütəmadi olaraq araşdırmaq və 

lazımi şəxslərin diqqətinə çatdırmaq; 

F.9.4.   Müəssisə əməkdaşlarının kollektiv iş ruhunun qorunması üçün lazımi fəaliyyəti idarə 

etmək; 


F.9.5.   Şirkətin fəaliyyətləri barədə işçiləri məlumatlı saxlamaq məqsədi ilə şirkətdaxili 

əlaqələri inkişaf etdirmək üçün əmək münasibətləri üzrə menecerlər ilə 

məsləhətləşmələr aparmaq;  

F.9.6.   Marketinq şöbəsi ilə yaxından əməkdaşlıq etmək. 

 

V.10.   İctimaiyyətlə əlaqələr üzrə proqramları nəzərdən keçirmək və qiymətləndirmək: 



F.10.1.   Kampaniyanın planlarında onların səmərəliliyini monitorinq etmək, nəzərdən 

keçirmək və qiymətlənidirmək üsullarının olmasını təmin etmək; 

F.10.2.   Reklam və təşviqat proqramlarının ictimaiyyətlə əlaqələr üzrə fəaliyyətlərə uyğun 

olmasını təmin etmək; 

F.10.3.   Şirkətin öz fəaliyyətinə aid işlərin arxiv sənədlərinin qeydiyyatını aparmaq. 

 

V.11.   Məlumat vermək: 



F.11.1.   Təşkilati sənədlər, o cümlədən illik hesabatlar, korporativ qısa arayışlar və 

təqdimatların hazırlanmasına kömək etmək; 

F.11.2.   İşəgötürənlər ilə əlaqədar sosial, iqtisadi və siyasi tendensiyalara nəzarət etmək, bu 

barədə məlumat vermək; 

F.11.3.   Kampaniyanın nəticələri barədə müvafiq daxili və ya xarici maraqlı tərəflərə məlumat 

vermək;  

F.11.4.   Müvafiq sahə ilə əlaqədar təhlillər aparmaq üçün hesabatlar hazırlamaq; 

F.11.5.   Medianı mütəmadi olaraq izləmək və şirkətin fəaliyyət sferasına aid olan məlumatlar 

haqqında rəhbərliyə və digər aidiyyatı qurumlara məlumat vermək. 

 

 



 


“ISCO 88/08-ə uyğun təkmilləşdirilmiş peşə standartlarının və əlaqədar təlim standartlarının hazırlanması” 

 

30 



C.2. TƏLİM İLƏ BAĞLI XÜSUSİ MƏLUMAT  

C.2.1. TƏLİMİN NÖVLƏRİ 

Bu peşə üçün zəruri səriştələr aşağıda göstərilən təlim metodları vasitəsilə əldə edilə bilər: 


Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin