Elnur
İbiş oğlu Səfərov -Kiçik Qafqazın faydalı qazıntı yataqları
96
Daşkəsən dəmir filizi yatağı
Daşkəsən dəmir filizi yatağı böyük ehtiyatlara malik olaraq
Qoşqarçayın orta axının hər iki sahilində yerləşir. Yataq üst yura
yaşlı intruzivlərin eyni yaşlı karbonatlı tufogen süxurlara
göst
ərdiyi təmas metamorfizminin nəticəsində əmələ gəlmişdir.
XIX
əsrdə yataq «Simens» firması tərəfindən
qismən istismar
olunmuşdur. XX əsrdə Sovet hakimiyyəti dövründə yatağın
ehtiyatları hesablanmış, Dövlət Ehtiyatlar Komissiyası tərəfindən
t
əsdiq olunmuşdur.
Daşkəsən yatağının ehtiyatları əsasında Daşkəsən filiz
saflaşdırma kombinatı tikilmişdir. Sovet imperiyası dövründə
Daşkəsən dəmir filizi konsentratı əsasında Gürcüstanın Rustavi
şəhərində metallurgiya zavodu tikilmişdir. Bu
kombinat
Daşkəsəndən daşınan dəmir filizi və Donbasdan daşınan daş
kömür
əsasında fəaliyyət göstərirdi.
Dostları ilə paylaş: