Elnur
İbiş oğlu Səfərov -Kiçik Qafqazın faydalı qazıntı yataqları
20
II FƏSİL
KIÇIK QAFQAZ VİLAYƏTİNİN
GEOLOGİYASI
Elnur
İbiş oğlu Səfərov -Kiçik Qafqazın faydalı qazıntı yataqları
21
Kiçik Qafqaz vilay
əti Kür və Araz çayları arasında suayrıcı
olub, şərqdən qərbə doğru yüksəlir. Azərbaycanın qərbində
yerl
əşir. Vilayətin əsas dağ silsilələri Şahdağ, Şərqi Göyçə,
Murovdağ (Gamışdağ 3724 m.) və Qarabağdır. Qarabağ
silsil
əsindən qərbdə Vulkanik yayla yerləşir. Ən fəal seysmiklik
G
əncəbasar zonasında (8-9 bal) müşahidə olunur.
Geomorfoloji vahidl
əri - Murovdağ, Şahdağ, Şərqi Göyçə,
Qarabağ silsilələri, Qarabağ vulkanik yaylası və s.
Zirv
ələri - Gamışdağ, Hinaldağ, Böyük Işıqlı və s.
Böyük Qafqazdan f
ərqli olaraq vilayətdə Mezozoy erasının
effuziv süxurları üstünlük təşkil edir. Xüsusilə Qarabağ vulkanik
yaylası sönmüş vulkanlarla zəngindir. Bu vulkanlardan ən
hündürl
əri Böyük Işıqlı və Qızılboğazdır. Vulkan və effuziv
süxurların geniş yayılması ilə əlaqədar rayon filiz faydalı
qazıntıları - alunit, dəmir filizi, qızıl, Mehmanə polimetal yatağı
v
ə mineral bulaqlar -Istisu, Turşsu, Şırlan, Minkənd bulaqları ilə
z
əngindir. . Vilayətdə mezozoy, kaynozoy, qismən də paleozoy
(Əsrikçay hövzəsi) erasının süxurları yayılmışdır. Azərbaycanda
ən qədim süxurlardan biri Tovuz rayonunun Əsrikçay
hövz
əsindədir. Paleozoya aid bu süxurların yaşı 400-450 mln.
ildir.
Iqlimi - Vilay
ətdə yarımsəhra və quru çöl iqlimindən başqa
bütün iqlim tipl
əri mülayim-isti, dağ soyuq və dağ tundra iqlim
tipl
əri mövcuddur. Kiçik Qafqazın dağətəyi və alçaq dağlığında
qışı quraq keçən mülayim-isti (cənub-şərq hissədə yayı quraq
keç
ən mülayim-isti), orta dağlığında qışı quraq keçən soyuq,
yüks
ək dağlığında isə dağ-tundra iqlimi hakimdir.
Çayları sıxdır. Tovuz, Xaçın, Tərtər, Zəyəm, Şəmkir, Kürəkçay
– Kür
çayına; Həkəri, Bərgüşad, Köndələn, Oxçuçay isə Araz
çay
ına tökülürlər.
Elnur
Dostları ilə paylaş: |