AXİRƏT ALƏMİNƏ SƏYAHƏT
www.rizvan.net -
İslam Maarifi Jurnalı
1
RƏHMAN VƏ RƏHİM
ALLAHIN ADI İLƏ
Texnika əsrində, maşınlaşmış həyatın keşməkeşlərində insanın
canından qəflət və mürgünü çıxarmağa yönəlmiş xatırlatmaların
zəruriliyi tamamilə aydındır. İnsanların öz maddi həyatlarını
qurmağa çalışdıqları, adətən öz vücudlarının mənəvi yanğısını
düşünmədikləri bir dövranda (əslində çoxları bu yanğını dərk
etmirlər) bir adam tapılsa ki, başqa birinin dərdini ona səmimi şəkildə
bildirib dərmanını da bəyan etsin, həmin özündən xəbərsiz xəstə o
adama sığınar, öz itkisini o adamda axtarar, onun himayəsində azca
da olsa, sakitləşər və öz ruhunu, canını çirkinliklərdən təmizləyər.
Mərhum Nəcəfi Quçani Ağa öz xəstəsini tanıyan, onun dərdini
anlayan həkim kimi əlinə qələm götürmüş, könül titrədən, göz yaşları
axıdan bir nüsxə (resept) yazmışdır. Amma bu ağrı və kədərin
arxasında bir dünya mehribanlıq və xeyirxah uzaqgörənlik
gizlənmişdir.