AxiRƏt aləMİNƏ SƏyahəT



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə11/90
tarix01.01.2022
ölçüsü1,51 Mb.
#110468
1   ...   7   8   9   10   11   12   13   14   ...   90
AXİRƏT ALƏMİNƏ SƏYAHƏT28

www.rizvan.net - 

İslam Maarifi Jurnalı

  11 

omasa da bizim yaranışımıza etiraz etmisiniz. Etirazınızı anlayandan 

sizdən küskün olmuşam. Hətta əhd etmişəm ki, əgər macalım olsa, 

sizdən  bunun  səbəbini  soruşam,  heyf  ki,  bu  vəziyyətdə  macalım 

yoxdur. 

Susdum  və  nə  sual  verəcəklərini  gözlədim.  Bir  sual  vermədilər, 

yalnız soruşdular… 

 

BU CAVABLARI HARADAN ÖYRƏNDİN? 

 

Soruşdular… bu cavabları haradan deyirsən və haradan öyrənmisən? 



Mən dərin fikrə getdim. Görən qəflət, cəhalət, xəta dünyasında tərtib 

etdiyimiz  dəlil-sübutlarda  maddə,  surət,  şəraitlə  bağlı  səhvlər 

olmayıb ki? Haradan məlumdur ki, xəyalım azmayıb, dəlillər məntiqi 

ölçülərə  uyğundur,  bu  ölçülər  özü  həqiqidir?  Bu  ölçüləri  yaradan 

Ərəstu  özü  xəta  etməyib  ki?  Mümkündür  ki,  yalnız  o  biri  aləmdə 

səhvlərimizdən xəbərdar olaq. 

Tutaq  ki,  bu  dəlillər  həqiqidir.  Axı  bu  dəlillərə  yalnız  və  yalnız 

korluq, nadanlıq evi olan bu dünyada ehtiyac duyulur. Bu dəlillər əl 

ağacı,  əsa  kimidir.  Əsaya  kor  və  ya  qaranlığa  düşmüş  insan 

möhtacdır. Amma düşdüyüm aləm həqiqətdir. Bu aləm o qədər işıqlı, 

gözlər o qədər itidir ki, əsaya yer yoxdur. Bəs bu şəxslər məndən nə 

istəyirdilər?  Xudaya,  mən  bu  dünyanın  təzə  doğulmuşuyam,  bura 

əhlinin  dilini  öyrənməmişəm.  And  verirəm  Əliyyibni  Əbu  Talibin 

haqqına, kömək et! 

Mən bu fikir və yalvarışda idim ki, qəfildən onların nərəsi ildırım tək 

guruldadı… Söylə, dediklərini haradan dedin! 

Onlara  nəzər  saldım.  O  qədər  qəzəbli  surətləri  vardı  ki,  gözlər 

görməsin!  Gözlər  çevrilmiş,  alov  dili  tək  qırmızı,  çöhrələr  qara, 

tutqun,  ağızlar  dəvə  ağzı  tək  açılmış,  dişlər  yekə  və  sarı,  gürzlər 

vurmağa hazır, mən isə qorxu və iztirabın şiddətindən bihuş! 

Bu halda elə bil ilham aldım və gözlərim qorxudan qapalı, zəif səslə 

cavab verdim… Bu bir mətləbdir ki, Allah məni buna hidayət, sövq 

edib. 

Dedilər… Yat, toy otağında bir bəy yuxusu ilə yat! 




   

AXİRƏT ALƏMİNƏ SƏYAHƏT 




Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin