AxiRƏt aləMİNƏ SƏyahəT



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə17/90
tarix01.01.2022
ölçüsü1,51 Mb.
#110468
1   ...   13   14   15   16   17   18   19   20   ...   90
AXİRƏT ALƏMİNƏ SƏYAHƏT28

www.rizvan.net - 

İslam Maarifi Jurnalı

  16 

HADİNİN İZAHLARI 

 

Bir müddət sonra ayıldım. Hadi başımı dizləri üstə almışdı. Dedim… 



Hadi, bağışla, ayağa durmağa halım yoxdur. Bu ədəbsizliyə görə üzr 

istəyirəm. Əzalarım qırılıb, rahat nəfəs ala bilmirəm. 

Sözüm qırıq-qırıq, səsim zəif, göz yaşlarım cari idi. Elə bil, Hadinin 

ayrılığından gileyli idim ki, o olmayanda ilk sıxıntını gördüm. 

Hadi  təsəlli  üçün  dedi…  Gördüyün  çətinliklər  bu  aləmin  ilk 

mənzilinin zərurətlərindəndir. Hamı buna mübtəla olur və təkcə sənə 

aid deyil. El ilə gələn bəla bayramdır. Hər nə oldu, keçdi. 

Ümid var, bundan sonra sənin üçün belə çətinliklər qarşıya çıxmasın. 

Həm də ki, bu aləmin bütün çətinlikləri sizin özünüzdəndir. Yeddi 

ərintidən  hazırlandığını  güman  etdiyin  qəfəsin  tərkibi  insanın  pis 

əxlaqındandır. Bu əxlaq öz qəzəb dişiylə ətrafdakıları əridib, maddi 

dünyada insan ruhunu bürüyüb. Bu dünyada da qəfəs şəklində zahir 

olub.  İnsanın  pis  əxlaqının  əsli  üç  şey  olduğundan  qəfəs  min 

ərintidən də ola bilər… 

Birincisi,  tamah,  özünü  sevmək,  özünü  bəyənmək,  paxıllıqdır  ki, 

insanı behiştdən çıxardı. 

İkincisi, şeytanı Allah dərgahından qovulmuşlardan etdi. 

Üçüncüsü, Qabili Cəhənnəmə apardı. 

Lakin  bu  üç  rəzil  xasiyyət  min  qol  budaq  atır.  İnsan  üçün  az-

çoxluğunun xeyli fərqi vardır. 

Hadi şirin söhbət əsnasında əlini mənim əzalarıma çəkir, bununla da 

əzilmiş əzalar düzəlir, dərdlər şəfa tapırdı. Onun mehribançılığından 

vücuduma qüvvət, yeni bir həyat üfürülürdü. 

Çöhrəm,  əzalarım  bulanıqlıq  və  küdurətdən  paklanmışdı,  şəffaflıq, 

işıq  almışdı.  Anladım  ki,  həmin  sıxıntılar  insanın  paklanması 

üçündür. Bulanıqlıq, küdurət, şər bu sıxıntılar vasitəsi ilə çıxarılırmış. 

Qara  neftə  oxşarı  yada  salın.  İmamların  (ə)  təbirincə,  ana  südü 

burundan gələr.  Amma südün əsli heyz qanıdır və bu qan qara və 

murdarlar qismindəndir. Qara, çirkin görünməsi uyğun gəlir. 

Hadi dedi… Kisəni aç, görüm nə var. 




   

AXİRƏT ALƏMİNƏ SƏYAHƏT 




Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin