AxiRƏt aləMİNƏ SƏyahəT



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə4/90
tarix01.01.2022
ölçüsü1,51 Mb.
#110468
1   2   3   4   5   6   7   8   9   ...   90
AXİRƏT ALƏMİNƏ SƏYAHƏT28

www.rizvan.net - 

İslam Maarifi Jurnalı

  

üç il öyrənilir. Sonra o bəzi tələbələrlə birlikdə piyada Məşhədə yola 

düşür.  Məşhəddə  ədəbiyyat  və  səthi,  qanunlaradək  öyrənir. 

Ehtiyacını  ödəmək  üçün  yay  aylarında  əkin  sahələrində  işləyib  bu 

yolla dolanır. Çox keçmir ki, bu bərəkətli yeniyetmə bəzi ixtilaflara 

görə təhsildən ayrılır və vətən havası ilə Quçana qayıdır. Az sonra, 

təqribən  20  yaşında  ikən  təhsilini  davam  etdirmək  üçün  İsfahana 

gedir.  İsfahanda  mərhum  Molla  Hadi  Səbzvarinin  “Mənzumə”sini 

Axund  Kaşidən,  “Rəsail”i  Şeyx  Əbdülkərim  Gəzidən,  hikməti 

(fəlsəfə)  Mirzə  Cahangirxandan,  fiqhi  Ağa  Nəcəfi  İsfahanidən, 

qanunları Şeyx Əli Babadan öyrənir. 

Həmin  vaxtlar  xaric  dərsini  Seyyid  Baqirin  yanında  oxuyur. 

Dolanışığı olduqca çətin keçir, yalnız elmə olan heyranlıq və əlaqə bu 

çətinliyi yüngülləşdirir. Bu dövr Nəcəfi Quçani Ağanın həyatının ən 

mühüm, əsas dövrüdür. 

Zaman  ötdükcə  mənəviyyat  onun  həyatında  xüsusi  bir  yer  tutur. 

Allah  yolunda  ibadət  və  məşəqqətlərin  çox  məfhumunu  anlayır  və 

sinəsində ilahi feyz nuru təcəlla edir. Allah fikri və Allah razılığı onun 

ən  mühüm  tərbiyə  qazancı  olur.  Bu  cərəyanları  onun  öz 

yazdıqlarından öyrənmək olur. 

Dörd il İsfahanda qaldıqdan sonra piyada Nəcəfə yola düşür və 23 

yaşında  Nəcəfə  varid  olur.  Allahın  inayəti  və  Şahi-Nəcəfin  (Həzrət 

Əli  (ə))  imdadı  ilə  Nəcəfi  olur  və  bu  ad  ömrünün  sonunadək  ona 

yadigar qalır. 

Əslində  ziyarətə  gəlmiş  Nəcəfi  Ağanı  burada  Axund  Xorasaninin 

azadfikirliliyi, səfası, möhkəm bəyanı saxlayır. O, belə bir ustadı hər 

zaman yaxşılıqla xatırlayır. Nəcəfi Ağa fiqh və üsulun xaricini Axund 

Xorasani  və  Şəriət  İsfahanidən  öyrənir.  Molla  Sədra  Şirazinin 

“Hidayə”sinin  şərhini  isə  Şeyx  Məhəmməd  Baqir  Əstəhbanatinin 

yanında təhsil alır. 

Şeyximiz ilahi tovfiqlə, öz ömründən ardıcıl illər boyu zəhmətlə, otuz 

yaşında  ikən  şərif  ictihad  dərəcəsinə  nail  olur.  Bu  müddətdəki 

kasıblıq, ehtiyac, aclıq, borcdan danışmağa müxtəsər vaxtımız imkan 

vermir.  Lakin  nəhayətdə  həmin  müsibətlər  səbəbindən,  bu  uşaq 

“Ağa Nəcəfi” olur ki, adı dildən-dilə gəzir. 



   

AXİRƏT ALƏMİNƏ SƏYAHƏT 




Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin