www.rizvan.net -
İslam Maarifi Jurnalı
34
Dedi… Cavanlıq vaxtı bir mədrəsədə cümə axşamı bir qadınla mütə
etməyin (müvəqqəti evlənməyin) yadına gəlirmi?
Dedim… Bəli.
Dedi… Mənim xilqətim sənin qüsl suyunun damlalarındandır. Mən
o qətrədən yaranmışların, bəlkə də üçüncü nüsxəsiyəm.
Dedim… Mən sizin danışığınızdan, şirindilliliyinizdən ləzzət alsam
da, istilahatınızla tanış deyiləm. Fikrinizi izah edin.
Naz-qəmzəylə başını aşağı salıb, gülümsündü. İnci dişlərinin
nurundan qəsrlər işıqlandı.
Dedi… Mən o qüslün damlalarından yaranmışam. Qalanları əbədi
behiştdədirlər və çoxdurlar. O qədər camallı, kamallıdılar ki, onlara
baxmağa gözünüzdə tab yoxdur. Yalnız oraya çatanda mümkün olar.
Vadiyüs-səlamda onların (huriyyələrin) əbədi behişt nurundan olan
şüasından huriyyələr inikas olur ki, hazırda onların camalını
görməyə
dözümünüz
yoxdur.
Mən
ki,
hazırda
sizin
xidmətinizdəyəm, onların camalının əksi, vücudlarının kiçilmiş
mərtəbəsiyəm.
Dedim… İndillahın (Allaha yaxın məqamın) bütün bu xüsusi
mərtəbə və məhbubluğunun mütə əməlinin hansı cəhətinə görə
olduğunu bilirsənmi?
Dedi… Bu əməlin əsaslı xeyirləri vardır. Daimi izdivacın hüququnu
ödəməyə hər adamın gücü çatmır. Əgər belə bir hökm olmasaydı,
çoxları zina edər, xeyli fəsadlar törənərdi. Necə ki, Həzrət Əli (ə)
buyurdu… “Əgər Ömər mütə əqdini qadağan etməsəydi, həqiqi
zalımlardan, bədbəxtlərdən savayı kimsə zina etməzdi.” Bundan
əlavə, bu işdə imanın iki əsası qorunmuşdur… biri təvəlla-Allah
dostuyla dostluq, digəri təbərra-Allah düşməniylə düşmənlik. Əli və
onun övladlarının vilayəti, düşmənlərdən bəraət (bizarlıq, nifrət)
olmadan, hətta səqəleyn ibadətinə malik olanlar, gecələr oyaq qalıb,
gündüzlər oruc tutanlar da qurtuluş üzü görməyəcəkdir. Necə ki, bu
məzmunda qüdsi hədislərdə Həzrət Haqq buyurmuşdur və sən
məndən də yaxşı bilirsən.
Dedim… Siz hansı mədrəsədə təhsil almısınız ki, ağzınızdan bal
tökülür?
AXİRƏT ALƏMİNƏ SƏYAHƏT
Dostları ilə paylaş: |