www.rizvan.net -
İslam Maarifi Jurnalı
40
Bəziləri ölü əti yeyir, bəzilərinin düşdüyü quyulardan kibrit tüstüsü,
od şölələri qalxırdı. Hadidən soruşdum ki, bu quyular kimin
üçündür?
Dedi… Möminləri məsxərəyə qoyanlar, ağız əyənlər, qaş-qabaq
tökənlər üçündür.
“Vay olsun tənə vurub, eyb tutanlara!”
34
Ölü əti yeyən qeybət edənlər, qulağından alov çıxanlar qeybətə qulaq
asanlar, it, pişik, canavar kimi didişənlər bir-birlərinə qara yaxanlar,
çöhrəsi saralanlar isə ikiüzlülər, xəbərçilər, yalançılardır.
Buranın havası şiddətli isti, yandırıcı idi. Saatda bir dəfə Hadidən su
istəyirdim. O gah bir az su verir, gah da verməyib deyirdi… Qarşıda
susuz yolumuz çox, ehtiyat suyumuz azdır. Qənaət et!
Dedim… Nə üçün suyu az götürdün?
Dedi… Sənin tutumun və istedadın bu qədər idi.
Dedim… Axı nə üçün mənim tutumum kiçik olsun?
Dedi… Özün kiçik saxlamısan, təqva və pəhrizkarlıq suyunu az
vermisən, onu qurutmusan. Ona görə də mütləq qurtuluş hasil
olmadı.
“Həqiqətən möminlər nicat tapmışlar. O kəslər ki, boş və lüzumsuz
işlərdən uzaq oldular!”
35
Sən lüzumsuz işlərdən o qədər də çəkinməmişdin və namazda xaşe,
diqqətli deyildin.
“Zərrə qədər xeyir iş görən onun xeyrini, zərrə qədər pis iş görən
onun zərərini görəcəkdir.”
36
Qarşıya nəzər sal, nə görürsən?
Baxdım, üfüqə yaxın alov şölələri ilə yanaşı qara tüstü göyə qalxırdı.
Meyvə ağacları ilə dolu bağlar od tutub yanırdı. Hadiyə dedim… Bu
nədir?
Dedi… Bu bağlar bir möminin təsbih (“sübhanəllah” zikri) və təhlil
(la ilahə illəllah) zikrlərindən yaranmışdı. İndi o möminin dilindən
34“Huməzə” surəsi, ayə 1.
35“Möminun” surəsi, ayə 1, 2, 3.
36“Zilzal” surəsi, ayə 7, 8.
AXİRƏT ALƏMİNƏ SƏYAHƏT
Dostları ilə paylaş: |