www.rizvan.net -
İslam Maarifi Jurnalı
41
yalan, böhtan, boş sözlər çıxıb, od surətinə düşüb onun savablarını,
bağlarını yandırır. Əgər bu ağacların sahibinin imanı möhkəm
olsaydı, həmin pis əməllərə diqqətli olar, belə bir od göndərməzdi.
Özü buraya gəlib çatanda hər şeyi anlayar, təəssüflənər, amma
faydası olmaz. Ona görə də Allah-Taala peyğəmbərlərin bizə xəbər
verdiyi maddi dünyada gizli qalan son nəticəyə əhəmiyyət verib və
kitabının başlanğıcında təqva, pəhrizkarlığı, qeybə, axirətə iman kimi
təfsir edib…
“Bu heç bir şübhə olmayan və müttəqilərə doğru yol göstərən
kitabdıræ o kəslərə ki, qeybə inanırlar.”
37
Yanan bağlara gəlib çatanda artıq hər şey külə dönmüşdü. Bərk külək
başlayıb, külü göyə sovurdu. Hadi bu ayəni oxudu…
“Allahı inkar edənlərin əməlləri fırtınalı gündə küləyin sovurub
apardığı külə bənzəyir.”
38
VADİYÜS-SƏLAM
Yanıb külə dönmüş bağlardan sonra meyvələr, çiçəklər, reyhanlar,
axar çaylar, nəğməkar bülbüllərlə zəngin yaşıl və xürrəm bağlar
göründü. Düşündüm ki, həmin yanan bağlar da belə idi. Əgər
sahibinin xəbəri olsaydı, qüssədən bağrı çatlardı.
Hadi dedi… Bura Vadiyüs-səlam–əmniyyət və salamatlıq diyarının
başlanğıcıdır. Əsa və qalxanı atın yəhərindən as və onu çəmənliyə
burax. Qoy hərəkət vaxtınadək otlasın.
Sonra gedib bir qəsrə çatdıq. Qəsrin darvazasından xaricdə bir parça
büllurdan hovuz vardı. Suyun səfası və hovuzun lətafətindən sanki
su qabsız, hovuz isə susuz idi. Hovuzun kənarında gözəl miz və
oturacaqlar, yastıqlar və ipək dəsmallar vardı. Soyunub hovuza
girdik. Bir qədər üzdük, zahir və batinimizi küdurətdən,
bulanıqlıqdan təmizlədik. Hətta zahirimizdəki tüklər də yox oldu.
Yalnız başımızın tükü, gözlərimizin kiprikləri, qaşlarımız qaldı.
37“Bəqərə” surəsi, ayə 2.
38“İbrahim” surəsi, 18.
AXİRƏT ALƏMİNƏ SƏYAHƏT
Dostları ilə paylaş: |