AxiRƏt aləMİNƏ SƏyahəT



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə54/90
tarix01.01.2022
ölçüsü1,51 Mb.
#110468
1   ...   50   51   52   53   54   55   56   57   ...   90
AXİRƏT ALƏMİNƏ SƏYAHƏT28

www.rizvan.net - 

İslam Maarifi Jurnalı

  46 

Əmin  oldum  ki,  o  cavan  Əliyyibni  Hüseyndir.  Onun  cəmal  və 

cəlalına vuruldum. Məni o qədər cəzb etdi ki, gözlərimi ondan çəkə 

bilmədim.  Hansı  ki,  böyüklərə  baxmağın  ədəbə  zidd  olduğunu 

bilirdim.  Nə  edim  ki,  cəlalı  qovur,  cəmalı  çağırır.  Bu  iki  ziddiyyət 

arasında  bədənim elə  əsirdi  ki,  özümü  saxlaya  bilmirdim.  O  cavan 

mənim halımı bilirmiş kimi mənə baxdı. Bir xələt göndərdi. Çiynimə 

saldılar.  O  əziz  kəsin  mərhəmət  və  diqqətini  mənim  ona  olan  eşq-

əlaqəmin nəticəsi kimi gördüm. Torpağı öpdüm. Qəlbim iztirabdan 

təskinlik tapdı ki, ikitərəfli məhəbbətə nail oldum. 

Hadi dedi… Gəl ya mənzilimizə gedib istirahət edək, ya da bu bağları 

seyr edək. İcazən imzalanıb, xələtini də almısan! 

Düşündüm  ki,  bu  biçarə  əqlin  fövqündə  dayaynan  işlərdən 

xəbərsizdi. Bilmir ki, mən bu məclis və onun əhlinə o qədər bağlıyam 

ki, ayrıla bilmirəm. 

Dedim… Hadi, mənim bu məclisdə danışmağa dilim yoxdur. Öyrən 

gör,  Həzrət  bu  xələti  mənə  nə  üçün  verdi.  Mən  özümü  nəinki  bu 

əzəmətli məhəbbətə, heç onun baxışına belə layiq bilmirəm! 

Hadi mənim tərəfimdən vəkil kimi bu sualı izhar etdi. 

Buyurdular… O, minbərdə “ey örtünüb, bürünmüş Peyğəmbər, qalx, 

(camaatı  ilahi  əzabdan)  qorxut!”  ayəsinin  nazil  olma  səbəbini 

deyəndən  sonra  ayəni  mənə  tətbiq  etdi.  Bir  halda  ki,  atam  Kərbəla 

meydanında  tənha  qalıb  “mənə  yardım  edən  bir  köməkçi  varmı?” 

deyə ucadan çağırırdı. Mənsə xeymədə ağlayırdım. Bu oxşatmadan 

qəlbim şad oldu. Bəlkə, Peyğəmbərin də xoşu gəldi. Buna görə ona 

xələt verdim. Bu, ona layiq deyil, amma bu aləmə uyğundur. Çünki 

bu aləmdə gözəl olan o aləm həqiqətinin kiçildilmişi, gül şaxəsinin 

kölgəsidir.  Ona  görə  də  bərzəx–keçid,  bağlayıcı  adlanır.  Həqiqi 

vətənə,  mütləq  həqiqətə  çatanda  həqiqi  xələtini  alacaqdır.  Axirət 

aləmində səadət əhli üçün görünməmiş, eşidilməmiş, düşünülməmiş 

nemətlər vardır. 

Onlar  qəfildən  qaxıb  atlarına  süvar  oldular.  Atlar  qanadlanıb 

şəhərdən çıxdılar və uca məqamlarına yola düşdülər. 

 

 




   

AXİRƏT ALƏMİNƏ SƏYAHƏT 




Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin