www.rizvan.net -
İslam Maarifi Jurnalı
47
DEMƏ QARŞIDA MÜSİBƏTLƏR VARMIŞ...
Mən Hadinin əlindən tutdum və həsrət içində mənzilə qayıtdıq.
Amma nə qədər baxdıqsa, burada əvvəlki əzəməti, gözəlliyi
görmədik. Bizim onlara bağlılığımız da qırıldı.
Dedim… Yaxşı, sabah yola çıxaq.
Hadi dedi… On günədək burada istirahət etməyimiz mümkündür.
Dedim… Mənim üçün on dəqiqə də çətindir. Ona yetişib, yanında
olmasam, rahatlıq üzü görməyəcəyəm.
Dedi… Nə yaman tamahkarsan! Məgər bu aləmdə öz həddini aşmaq
mümkündür! Bura cəhalət dünyası deyil ki, heyf deyib, nəyəsə meyl
edəsən. Ədalət mizanı bir tükcə xəta etməz. Bəli, onlar fəzilətləri
səbəbindən dostlara bəzən diqqət yetirirlər. Amma ölçüsüz həvəslərə
yer yox! Onlar izzət zirvəsində, sənsə zillət torpağının aşağı
nöqtəsində.
Qəlbimin odu, alovu səngimədisə də, susmaqdan başqa çarəm
qalmadı. Çünki mənim halımın şərhi məntiqi ölçülərə sığmırdı.
Hadininsə başqa bir məntiqi yoxdu. Səsimi uddum, Allah istəyən
olacaq.
Hadi dedi… Gedək bir az bağlar arası gəzək, könlümüz açılsın.
Getdim, amma mənim üçün bir həzz olmadı. Hər nədən keçsən, dost
sözü daha xoşdur. Dedim… O nə üçün öz tilavətində “Həl əta”
surəsini seçmişdi?
Hadi dedi… Biz nə bilirik ki, bu mətləbdə nə hikmət var. Heç lazım
da deyil ki, bilək. Bunu bilməyimiz lazımdır ki, etdikləri, dedikləri
hikmət, savab, xeyir üçündür. Amma “onun hikməti budur, o deyil”,
deməyimiz işə qarışmaq, ifarata varmaqdan əlavə, həm də xətərlidir.
Çünki yalan olmaq ehtimalı var. Bəli, biz ağlımız kəsən qədər deyə
bilərik ki, bu mübarək surə Əli (ə) və onun əhli-beytinin, ailəsinin
fəziləti haqqındadır. Onlar da Əlini (ə) sevir və bu surə Əlinin (ə)
fəzilətini bəyan etdiyindən bu surəni də dost tuturlar. Necə ki, sən
dedin mən də dost tuturam. “Allah rizası üçün yeməyi yoxsula,
yetimə, əsirə yedirərlər”, ayəsində onun üçün su istəniləndə və
düşmənlər verməyəndə özünə və atasına olan müsibətə işarə olub.
AXİRƏT ALƏMİNƏ SƏYAHƏT
Dostları ilə paylaş: |