AxiRƏt aləMİNƏ SƏyahəT



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə62/90
tarix01.01.2022
ölçüsü1,51 Mb.
#110468
1   ...   58   59   60   61   62   63   64   65   ...   90
AXİRƏT ALƏMİNƏ SƏYAHƏT28

www.rizvan.net - 

İslam Maarifi Jurnalı

  52 

Qara  dedi…  Bu  yaxındakı  maşına  bax.  Hələ  dünyada  belə  bir  şey 

görünməyib. 

Ürəyimdən dayanıb baxmaq keçsə də, qaradan xeyir görmədiyimdən 

qulaq asmayıb, atı çapdım. “Fələq” surəsini oxuyurdum. 

Qara  dedi…  Ay  bədbəxt,  “Qul  əuzu”nu  dünyada  oxuyub,  əməl 

etmək lazım idi. İndi ki, etməmisən, burada nə faydası var? 

 

Dünyada div idin, indisə quzu, 



Yaman duzsuz oldu burda “əuzu” 

 

(“Qul əuzu”–”sığınıram”, “pənah aparıram” mənasını verir-müt.



Qorxum  daha  da  artdı.  Qara  qabağa  düşüb,  bir  təpənin  arxasında 

gözdən itdi. Mən onun əlindən asudə olmaq gümanı ilə fikirləşirdim 

ki, nə üçün Hadi bu qədər uzaqlaşıb? Və mənə çatmır? Qəfildən qara 

vəhşi bir görkəmdə koğuşdan çıxdı. At hürküb, yoldan kənarlaşdı və 

həmin maşının yanında yerə dəydi. Mən də yıxıldım, əzalarım əzilib 

hissini  itirdi.  Elə  bil  əjdaha  tək  məni  udmaq  fikrindəydilər. 

Yarıqlarından mənə tərəf od püskürürdü. Xəbis qara məni məsxərəyə 

qoyub, gülür, rəqs edirdi və deyirdi… Ey bədbəxt həsədçil! Hansı bir 

alim  həsəddən  qurtulub?  Bu  neçə  mənzildə  əlimdən  çıxmaqla 

ciyərimi qana döndərmisən. Elə bilirdin, daha oxum qalmayıb? İndi 

dad! İnşallah, qurtuluş tapmayacaqsan. 

Zəif  də  olsam,  onun  məsxərəsindən  qanım  cuşa  gəldi.  Uca  səslə 

çağırdım… Ya Əli! Gördüm ki, məni dövrəyə alıb, işimi bitirmək üzrə 

olan  maşınlar  pərən-pərən  olub,  üz  tutdular  qaçmağa.  Arabir  bir-

birlərinə  dəyib  parçalanırdılar.  Qaçmaq  istəyən  qara,  bir  maşının 

altına  qaldı,  sümükləri  xıncım-xıncım  oldu.  Günahkarın  məkr  və 

hiyləsi öz başında çatlar. 

Dedim… Əcəb məsxərəyə qoyursan bizi! 

“Əgər  siz  bizi  məsxərəyə  qoyursunuzsa,  biz  də  sizi  sizin  kimi 

məsxərəyə qoyacağıq.”

46

 

                                                 



46“Hud” surəsi, ayə 48. 


   

AXİRƏT ALƏMİNƏ SƏYAHƏT 




Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin