www.rizvan.net -
İslam Maarifi Jurnalı
53
Havanın istiliyi və kükürd tüstüsünün qoxusundan susuzluq mənə
qalib gəldi. Bu vaxt Hadinin mənə tərəf qaçdığını gördüm. Gəlib çatdı
və Əli (ə)-ın hədiyyəsi olan xurcunu açdı. Xurcundan çıxartdığı
büllur qrafinin nurundan səhra işıqlandı. Qrafində soyuq və ləzzətli
su vardı. Sudan mənə verdi. İçdim, susuzluğum yatdı, əzalarımın
ağrısı keçdi. Rəngim açıldı, batinim səfalandı.
“Şübhəsiz ki, yaxşı əməl və itaət sahibləri kafur qatılmış şərab
içəcəklər.”
47
(“Şərab” sözü “içmək” sözündən olub “içki” mənasındadır. Bütün
spirtsiz içkilər “şərab” adlana bilər-müt.)
Gəlib gördük ki, at ölüb. Torbanı dalıma aldım, xurcunu Hadi
götürdü. Piyada yola düşdük. Bu səhra böyük Afrika səhrasına
oxşayırdı. Maşınların tüstüsündən qaranlıq və üfunətli olmuşdu.
Mən görürdüm ki, maşınların borularından alov adamlar tökülür.
Lap siqaret töküldüyü kimi!
Hadi dedi… Dilləri və əlləri ilə möminlərə həsədlərini izhar edənlər
bu maşınlarda möhkəm sıxılır. Batinlərinin alovu gözlərinin zahirini
bürüyür. Həsəd od yerindədir.
“Alov odunu yandırıb puç etdiyi kimi həsəd də imanı xarab edər.”
Qaranlıq yola çökdüyündən Hadi qabaqda, mən də onun arxasınca
gedirdim.
Dedim… Deyəsən yolu itirmişik. Çünki bizə olan tapşırıqlara görə
zərər görməməli idik.
Dedi… Yolu səhv salmamışıq. Az adam tapılar ki, öz daxili həsədini
az və ya çox büruzə verməmiş olsun. Əgər ixtiyar sahiblərimizin (12
İmam (ə)) mərhəməti və Həzrət Zəhranın (ə) razılığı olmasaydı, sizin
halınız bu bədbəxtlərin halından heç də yaxşı olmazdı. Burada bəlaya
düşənlərin çoxu gec-tez qurtulub, rəhmət əhli olacaqlar.
Hava isti və üfunətli, çiyin torbam ağır idi. Sürətlə gedirdik ki, bəla
dolu bu torpaqdan tez çıxaq. Qaranın həlak olmayıb, tezliklə mənə
çata biləcəyi fikri məni qorxudurdu. Pis qoxulu tər, paltarın altından
47“İnsan” surəsi, ayə 5.
AXİRƏT ALƏMİNƏ SƏYAHƏT
Dostları ilə paylaş: |