www.rizvan.net -
İslam Maarifi Jurnalı
56
Bu geniş aləmdə oldusa hər nə,
Halının şərhinə gəl bax içimə.
İlkin fitrətə görə insanda bu güc, qüvvə vardı, lakin o özünü tanımadı
və onun haqqında deyildi ki…
“Həqiqətən insan ziyan içindədir.”
50
Başqaları da onu tanımadıqlarından dedilər…
“Çox zalım və cahil olan insan...”
51
Dedim… Siz bu bilikləri hansı mədrəsədə öyrənmisiniz?
Dedi… Mənim təlimatım Mədineyi-şərifədə olub. Bu yaşıl və xürrəm
dağlar onun yaylaqlarındandır.
Peyğəmbər (s.ə.v.v) buyurdu… “Mən elmin şəhəriyəm, Əli onun
qapısıdır.” Mən Peyğəmbər qızı Fatimənin (s.ə) əlində tərbiyə
almışam. O da atası tək hikmət və ismət şəhəridir. Əli onun qapısıdır.
Mübarək gecə min aydan üstün Qədr gecəsidir. Quran elmlərinin
nazil olduğu da o mübarək vücuddur.
“Hər bir hikmətli iş o gecə hökm olunur.”
52
“Mübarək bir zeytun ağacından”
53
işarəsi odur.
“O gecə mələklər və Ruh Rəbbinin izni ilə hər bir işdən ötrü yerə
enərlər” ayəsi Fatimə (ə.s) haqqındadır.
Hadinin mənə çatdırdığı namə Zəhradan (ə.s) idi. Yazmışdı ki, o
mənim övladlarımdandır, sənin yanına gələr, onu qəbul et, o sənin
sahibindir. Məlum olur ki, mən sənin zəhmətin, əkdiyinəm. Allah
məni boya-başa çatdırıb, kamala yetirib.
“Bəs əkdiyin toxuma nə deyirsən? Onu bitirən sizsiniz, yoxsa Biz?”
54
50“Əsr” surəsi, ayə 2.
51“Əhzab” surəsi, ayə 72.
52“Duxan” surəsi, ayə 4.
53“Nur” surəsi, 35.
54“Vaqiə” surəsi, ayə 63-64.
AXİRƏT ALƏMİNƏ SƏYAHƏT
Dostları ilə paylaş: |