www.rizvan.net -
İslam Maarifi Jurnalı
58
Dedim… Mən bu bağlarda, xeymələr arasında, eniş-yoxuşda, göllər
ətrafında gəzmək, vəziyyəti bilmək istəyirəm. Bəlkə, burada
tanışlarımdan, dostlarımdan kimsəni gördüm.
Dedi… Burada azadsan, nə istəsən hazırdır. Amma xeymələrə daxil
olanda icazə və salam lazımdır.
Mən buraya gələndə sizin böyük qızınızın xeyməsini gördüm. Sizinlə
yaxınlıq səbəbindən xeyməsinə daxil oldum. Onu özümə dost
tutdum. Əgər istəyirsinizsə, oraya gedin, mən də sizinlə gələcəyəm.
Dedim ki, əlbəttə, gedək. Qalxıb, birlikdə oraya getdik. Xeyməyə
yaxınlaşanda salam verdim. Qızım səsimi tanıyıb, özü bayıra qaçdı.
Bir-birimizi ziyarət edib, Allaha sonsuz nemətləri və rəhmətlərinə
görə həmd etdik və xeyməyə daxil olduq. Zinətli taxtlar üstündə
əyləşdik. O öz rəfiqələri ilə bir cərgədə, mən də öz yoldaşımla bir
cərgədə.
“Taxtlara söykənib, bir-birləri ilə qarşı-qarşıya əyləşəcəklər.”
55
QIZIMLA SÖHBƏT
Soruşdum… Səfərin necə keçdi?
Dedi… Birinci mənzildə və həsəd ərazisində bir qədər təzyiq, çətinlik
gördüm. Bu çətinliklər başqaları üçün ağır keçirdi. Bəzi yerlərdə
anladım ki, mənim nicatım sizin tərəfinizdəndir. Buna görə də sizə
xeyir-dua etdim. Hətta bacım bu aləmə gələndə və sizin səfəriniz
yaxınlaşanda Allahdan sizin üçün şəfa istədim ki, anam, o biri
bacılarım başsız qalmasınlar.
Soruşdum… Bu aləmə gəlmiş o biri bacından nə xəbər var?
Dedi… Burada bacımı gördüm. Cəlalı, əzəməti məndən yüksəkdir.
Ondan halını, yolda başına gələnlərdən soruşdum. Həmin
çətinlikləri, piyada gedişləri görməmişdi. Yalnız kobudluq ərazisində
olmuş, onu da xoş keçirmişdi. Qalan yolu “teyyül-ərz” ilə, birbaşa
gəlmişdi.
55“Vaqiə” surəsi, ayə 16.
AXİRƏT ALƏMİNƏ SƏYAHƏT
Dostları ilə paylaş: |