AXİRƏT ALƏMİNƏ SƏYAHƏT
www.rizvan.net -
İslam Maarifi Jurnalı
61
Dedi… Nemətlərə küfr etmə. Səni o zülmətdən bu işıqlı dünyaya
gətiriblər ki, Haqqın nemətlərindən bəhrələnib, həmişə şad olasan.
Dedim… Hansı nemət? Hanı o nemətin dadı? Hanı mənim
məşuqlarımın qəlbinin sevinci? Məgər əvvəl gecədə sən Əbülfəzlin,
Əli Əkbərin silahlı olduğunu görmədin? Yoxsa mənasını anlamadın?
Məgər Əli Əsğərin boğazındakı qırmızı xətti görmədin, ya mənasını
dərk etmədin? Əgər bir kəsin onlara müxtəsər məhəbbəti olarsa,
qüssədən ölər. Onda qalmış yemək, içmək, şadlıq, huriyə, qəsrlər!
Sən düşündüyün qədər də qarınqulu, özünü istəyən deyiləm.
Dedi… Bəs burada qəsrlərdə hurilərlə şadlanan alimlər, möminlər,
Əhli-beyt dostu deyillər, yoxsa onlarda intiqam hissi yoxdu? Başqa
mətləb budur ki, zalımlar hazırda ilahi cəzadadırlar.
Dedim… Hər kəs öz halını daha yaxşı bilir. Mən nə qədər ki, intiqam
almamışam Darüs-sürur Beytül-həzən (qəmlər evi), nemətlər isə
dərddir. Başqalarının şadlığını onların özlərindən soruşun. Onların
ilahi intiqama giriftar olmaları bizim intiqamımızdan, şəksiz ki, daha
ağırdır. Amma təsdiq edirsiniz ki, məzlumlar özləri qisas, intiqam
almasalar, qəlbləri soyumaz.
Ona görə də vərəsələr üçün qisas haqqı verilib. Bununla belə,
başqaları da zalımlara daha şiddətli əzab verə bilər. Qısası, Allah
buyurmuşdur…
“Sevdiyiniz başqa bir nemət də–Allah dərgahından kömək və yaxın
qələbə gözləyir.”
56
İntiqam bizim məhbubumuzdur. Bu məhbuba çatanadək Darüs-
sürurumuz yoxdur. Olsa da mən gəlmirəm.
Sevgilisiz şadlıq zindandır, zindan,
Şadlıqdır yarını tapanda insan.
***
Səninlə sevdada olmağım, inan,
Hər iki aləmdən gözəldir hər an.
56“Səf” surəsi, ayə 13.