www.rizvan.net -
İslam Maarifi Jurnalı
62
Sözün canı budur ki, behişt həqiqəti, Darüs-sürur, bunların misli
ruhun genişlənməsi, qəlbin muradına çatmaqdır. Qalanları isə
artıqdır.
Hadi bir müddət başını aşağı salıb, sakit dayandı. Sonra soruşdu…
Burada qalırsan?
Dedim… Yox!
Dedi… Bəs hara gedirsən?
Dedim… Bilmirəm, özümə yer tapa bilmirəm. Onu bilirəm ki, harada
olsam, əzabdayam. Biyabana gedərəm, səfil olaram.
Eşqinin qəmindən çöllərə düşdüm,
Qanadsız quş oldum, əllərə düşdüm.
***
Dedin… səbirli ol, səbirlə keçin
Başıma toz tökdü bu səbir neçin?
Hadi bir çarə görməyib, şəhərə qayıtdı. Səfiyyəyə də dedim ki,
meylin olsa qayıt vətəninə, mənim sənlik bir işim yoxdur, Həzrət
Zəhraya (ə.s) çatanda mənim salamımı yetir və halımı ona bəyan et.
Səfiyyə də xeyməsini, çadırını götürüb getdi. Bir sakit guşə tapıb,
zarıyıb ağlamağa, raz-niyaza başladım…
Axtardım, göz yaşlarında dayandım,
Düşdüm möhnət qucağına, Xudaya.
Dilbərin şövqündən, həm fərağından,
Düşdüm gönül ocağına, Xudaya.
***
Dərd özümdə, dərmanı dost əlində,
Vəsl özümdə, hicranı dost əlində.
Qəssab kimi soysa əgər dərimi,
Ayırmaram bu canı dost əlindən.
***
Özümə yaxınsan könlümdən uzaq,
Könlümdə sevdadan başqa dağım yox,
İki aləm gözəlinə and ola,
Məhəbbətdən savay umacağım yox.
AXİRƏT ALƏMİNƏ SƏYAHƏT
Dostları ilə paylaş: |