ZÜHURA ÜMİDİMİZ VAR
Bütün şəhərlərdə, İslam ölkələrində, məscidlərdə, yığıncaqlarda
duaya məşğul idilər. Səhradakı canlılar belə toplanıb, öz dillərində
zühurun tezliyinə dua edirdilər.
Bu mənzərəni görəndən sonra zühurun olacağına tamamilə əmin
oldum. Sıralar arasına qayıdıb, inqilabi bir əhval gördüm-bəziləri
ağlar halda qurumuş dodaqlarla dua halında, bəziləri özündən
getmiş. Dedim… Qalxın, ayıq olun ki, zühura ümidimiz var.
Az sonra dünyaya təvəssül edib, Kəbə evindən Həzrət İmam Zaman
(ə)-ın səsini eşitdik…
“Eşidin, ey əhli-aləm, Mən intizarı çəkilən İmamam! Agah olun ki,
cəddim Hüseyn susuz şəhid edilmişdir.”
AXİRƏT ALƏMİNƏ SƏYAHƏT
www.rizvan.net -
İslam Maarifi Jurnalı
77
Ordugaha qayıdıb Peyğəmbərin (s.ə.v.v) kəlamını uca səslə təkrar
etdim… “Hər kəs oğlumun arxasında düşməndən intiqam almaq
istəyirsə, əlindəki qılıncla geri qayıdıb, qəbrindən bayıra çıxsın!”
Dinlə o gizlin səsi, gör nə müjdəli səsdi,
Fəraq gecəsi ötdü, vüsal küləyi əsdi.
Torpaq oğluna söylə, ey torpaqdan qaralmış,
Cahan canı zühurda, zülmün bağrı yarılmış
SON