Salam olsun İbrahimə


Kürdüstan  Mehdi Fəridvənd



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə21/86
tarix31.12.2021
ölçüsü1,48 Mb.
#111406
1   ...   17   18   19   20   21   22   23   24   ...   86
Salam-olsun-İbrahimə-1

Kürdüstan 
Mehdi Fəridvənd 
1979-cu ilin yayı idi. Günorta namazlarını qılıb Salman 
məscidinin  önündə  İbrahimlə  söhbət  edirdik.  Birdən 
dostlarımızın  biri  tələsik  gəlib  dedi:  "İmamın  müraciətini 
eşitdiniz?" 
Təəccüblə soruşduq: "Yox. Nə olub ki?" 
–  İmam  əmr  etdi  ki,  Kürdüstan  döyüşçülərini 
mühasirədən çıxarın. 
Elə o anda Məhəmməd Şahrudi gəlib dedi: "Mən Qasim 
Təşəkküri  və  Nasir  Kermani  ilə  birlikdə  Kürdüstana 
gedirəm".  İbrahim  dedi:  "Biz  də  gəlirik".  Sonra 
hazırlaşmağa getdik. 
Günortadan  sonra  saat  4-də  11  nəfər  bir  chevrolet 
blazerlə  Kürdüstana  yola  düşdük.  Silahlarımız  bir 
pulemyotdan, 
dörd
 tapançadan  və  bir  neçə  əl 
qumbarasından ibarət idi. 
Yolların  çoxu  bağlı  idi.  Bir  neçə  yerdə  torpaq  yolla 
getməyə  məcbur  olduq.  Lakin  Allahın  köməyi  ilə  ertəsi 
gün  günorta  Sənəndəcə  çatdıq.  Hər  şeydən  bixəbər  halda 
şəhərə girib bir qəzet köşkünün önündə dayandıq. 
İbrahim  maşından  enən  kimi  qışqırdı:  "Dinsiz,  bunlar 
nədir satırsan?!" 
Köşkdə bir neçə cərgə spirtli içki düzülmüşdü. İbrahim 
dərhal  silahı  götürüb  araq  şüşələrini  vurdu.  Şüşələr  sınıb 
yerə töküldü. Qalanını da sındırdı və hirslə köşkdəki gəncə 
yaxınlaşdı.  Gənc  çox  qorxmuş  və  köşkün  küncünə 
qısılmışdı. 
İbrahim onun üzünə baxıb sakitcə dedi: "Oğlan, məgər 
sən  müsəlman  deyilsən?!  Bu  murdarlar  nədir  satırsan?! 


 
 
61 
Məgər  Allah  Quranda  buyurmayıb  ki,  bu  çirkinliklər 
şeytandandır və bunlardan uzaqlaşın?!" 
Gənc  təsdiq  əlaməti  olaraq  başını  yellədi.  O, 
dayanmadan  deyirdi:  "Qələt  eləmişəm,  bağışlayın". 
İbrahim onunla bir qədər danışdı və sonra birlikdə bayıra 
çıxdılar. 
Gəncdən  Keşikçilər  korpusunun  yerini  öyrənib  yola 
düşdük.  Pulemyotun  səsi  şəhərin  sükutunu  pozmuşdu. 
Küçədə  hamı  bizə  baxırdı.  Nəhayət,  Sənəndəc  korpusuna 
çatdıq. 
Korpusun  bütün  divarlarının  önünə  torpaq  dolu  kisələr 
düzülmüşdü.  Ora  daha  çox  hərbi  istehkama  bənzəyirdi. 
Bina görünmürdü. 
Nə  qədər  qapını  döydüksə,  açan  olmadı.  İçəridən 
deyirdilər ki, şəhər inqilab düşmənlərinin əlindədir, siz də 
burada  qalmayın,  hava  limanına  gedin.  Dedik  ki,  biz  sizə 
kömək  etməyə  gəlmişik,  heç  olmasa,  deyin  görək  hava 
limanı haradadır? 
Korpus  uşaqlarından  biri  divara  yaxınlaşıb  dedi:  "Bura 
təhlükəlidir,  sizin  maşınınızı  vura  bilərlər.  Cəld  bu 
tərəfdən  gedib  şəhəri  tərk  edin.  Bir  qədər  aralıda  hava 
limanını 
görəcəksiniz. 
İnqilabçı 
qüvvələr 
oraya 
yerləşiblər”. 
Biz yola düşüb hava limanına getdik və Sənəndəcdə nə 
baş  verdiyini  orada  anladıq.  Korpusun  qərargahından  və 
hava  limanından  başqa  hər  yer  inqilab  düşmənlərinin 
əlində idi. 
Orada  ordunun  üç  batalyonu  var  idi,  təxminən  bir 
batalyon  da  korpus  qüvvələri.  Şəhərin  içindən  hava 
limanına raketlər atılırdı. 


 
 
62 
Məhəmməd  Bürucerdini  ilk  dəfə  orada  gördüm.  Qızılı 
saçı  və  saqqalı  olan  bir  gənc  idi,  cəlbedici  və  gülərüz 
çöhrəsi vardı. 
Qardaş Bürucerdi o şəraitdə şəxsi heyəti çox yaxşı idarə 
edirdi.  Sonralar  öyrəndim  ki,  o,  qərb  korpusunun 
komandiridir. 
Ertəsi  gün  qardaş  Bürucerdi  ilə  iclas  keçirdik.  Ordu 
komandirləri  də  iştirak  etdilər.  O  dedi:  "İmamın 
müraciətindən sonra çoxlu canlı qüvvə yola düşüb, inqilab 
düşmənləri  də  çox  qorxublar.  Şəhərin  içində  onların  iki 
əsas düşərgələri var. Onlara hücum planı hazırlamalıyıq”. 
Digər  söhbətlər  də  oldu.  İbrahim  dedi:  "Şəhərin 
vəziyyətindən  görünür ki, əhalinin onlarla heç bir əlaqəsi 
yoxdur. 
Yaxşı 
olar 
ki, 
inqilab 
düşmənlərinin 
düşərgələrindən  birinə  hücum  edək.  Qələbə  çalsaq, 
digərinə gedərik”. 
Hamı razılaşdı. Qərara gəldik ki, canlı qüvvəni hücuma 
hazırlayaq.  Lakin  həmin  gün  korpus  qüvvələrini  Pavəyə 
göndərdilər. Orada yalnız ordu əsgərləri qaldı. 
İbrahim  və  digər  dostlar  bir-bir  əsgər  səngərlərinə  baş 
çəkdilər,  söhbət  etdilər  və  onlarda  ruh  yüksəkliyi 
yaratdılar.  Sonra  da  bir  maşın  qarpız  alıb  əsgərlərə 
payladılar.  Bu  yolla  dostluqları  möhkəmləndi.  Onlar 
müxtəlif üsullarla şəxsi heyətin hazırlığını artırdılar. 
Bir  gün  səhər  çağı  ağa  Xalxali  də  uşaqlara  qoşuldu. 
Müxtəlif  şəhərlərdən  digər  döyüşçülər  də  Sənəndəc  hava 
limanına gəldilər. Lazımi hazırlıqdan sonra uşaqlara silah 
verildi.  Günortaya  qədər  düşmən  düşərgələrindən  birinə 
hücum  etdik,  düşündüyümüzdən  də  tez  mühasirəyə  aldıq 
və inqilab düşmənlərinin çoxunu ələ keçirdik. 
Düşərgədən  çoxlu  silahdan  əlavə  böyük  məbləğdə 
dollar və saxta pasportlar tapdıq. İbrahim onların hamısını 


 
 
63 
böyük  bir  kisəyə  töküb  korpusun  rəhbərinə  təhvil  verdi. 
İnqilab  düşmənlərinin  ikinci  düşərgələri  də  döyüşsüz  ələ 
keçirildi  və  şəhər  yenidən  inqilabçı  uşaqların  əlinə  keçdi. 
Əsgərlərin komandiri deyirdi:  "Bir il də keçsəydi, mənim 
əsgərlərim  belə  hücuma  cəsarət  etməzdilər.  Bunu  qardaş 
Hadiyə  və  digər  döyüşçü  dostlarına  borcluyuq.  Onlar 
əsgərlərlə dostlaşıb onlarda ruh yüksəkliyi yaratdılar”. 
O zaman çoxlu komandirlər İbrahimə və digər uşaqlara 
hərbi sirləri və döyüş qabiliyyətlərini öyrətdilər. Bu onları 
peşəkar  döyüşçülərə  çevirdi  və  səmərəsi  müqəddəs 
müdafiə zamanı ortaya çıxdı. 
Sənəndəc  hadisəsi  çox  çəkmədi;  hərçənd  Kürdüstanın 
digər şəhərlərində hələ bəzi döyüşlər davam edirdi. 
Biz  1979-cu  ilin  sentyabrında  Tehrana  qayıtdıq.  Qasim 
uşaqların  bir  neçəsi  ilə  birgə  Kürdüstanda  qaldı  və  Şəhid 
Çəmran qüvvələrinə qoşuldu. 
Qayıdandan 
sonra 
İbrahim 
Bədən 
Tərbiyəsi 
Komitəsindən çıxıb müəllimliyə başladı. 
Əvvəldə  onun  istəyi  ilə  razılaşmırdılar,  amma  çoxlu 
isrardan  sonra  baş  tutdu.  O,  elə  bir  sahəyə  daxil  oldu  ki, 
orada İbrahim kimilərə böyük ehtiyac vardı və var. 


 
 
64 

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin