Təsbeh zikri
Əmir Sipehrnejad
1980-ci ilin 2 oktyabrı idi. İbrahim iki gün idi yoxa
çıxmışdı. Xəbər öyrənmək üçün Müharibə Əsirləri
Komitəsinə getdim, amma faydası olmadı. Gecənin
yarısına qədər çox narahat halda oyaq idim. Ən səmimi
dostumdan heç bir xəbərim yox idi. Sübh namazından
sonra bayıra çıxdım. Əbuzər Qarnizonuna qəribə sükut
çökmüşdü. Həyətdə torpağın üzərində oturdum. İbrahimlə
bağlı bütün xatirələrim gözlərim önünə gəlirdi.
Hava hələ işıqlanmamışdı. Birdən səs gəldi, qarnizonun
qapısı açıldı və bir neçə nəfər içəri girdi. Havanın
alaqaranlığında gözümü onların üzünə dikdim. Birdən
diksinib yerimdən qalxdım. Özü idi, onlardan biri İbrahim
idi. Qaçdım və onunla görüşüb qucaqlaşdıq.
O anın sevinci vəsfə sığmaz. Bir qədər sonra uşaqlarla
birgə oturduq. İbrahim həmin üç gündə baş verənləri
danışdı:
"Bir maşınla irəli getmişdik. İraqlıların haraya qədər
gəldiklərini bilmirdik. Bir təpənin yanında mühasirəyə
düşdük. Yüzə yaxın düşmən təpədən və düzənlikdən bizə
atəş açırdı. Beşimiz də təpənin yanında bir çalaya uzanıb
atəş açmağa başladıq. Axşama qədər müqavimət
göstərdik. Hava qaralanda onlar geri çəkildilər.
Yoldaşlarımızdan yolu tanıyan iki nəfər şəhid oldu.
Biz səngərdən çıxdıq. Ətrafda heç kim yox idi. Təpənin
arxasındakı ağacların arasına girib şəhidlərin cəsədini
gizlətdik. Yorulmuş və acmışdıq. Günəşin batdığı
istiqamətdən qibləni təxmin edib namaz qıldıq. Namazdan
sonra yoldaşlarıma dedim: "Bu problemi aradan qaldırmaq
82
üçün həzrət Zəhra (ə) təsbehini zikr edin. Qızı çox
çətinlikdə olanda Peyğəmbərimiz bu zikri öyrətmişdi".
Zikrdən sonra qabaqkı səngərə qayıtdıq. İraqlılar yox
idilər, bizim sursatımız da az idi. Birdən təpənin yanında
bir neçə düşmən ölüsünü gördüm. Onların silahlarını,
patronlarını və əl qumbaralarını götürdük. Yeməyə də bir
şey tapıb yola düşdük. Lakin haraya getməli olduğumuzu
bilmirdik.
Hava qaralmışdı və ətrafımızda geniş düzənlik vardı.
Əlimdəki təsbehlə daim zikr deyirdim. Yorğun, qaranlıq
gecə, özü də düşmənlərin arasında... Lakin çox soyuqqanlı
idik.
Gecənin yarısı düzənlikdə torpaq bir yol tapıb getməyə
başladıq. Böyük bir posta çatdıq. İçəridə radar da var idi,
səngərlər də görünürdü. Oranı bir neçə gözətçi qoruyurdu.
Biz harada olduğumuzu bilmirdik, qayıtmağa, sağ
qalacağımıza ümidimiz yox idi. Buna görə qəribə bir
qərara gəldik. Sonra təsbehlə istixarə etdim və yaxşı gəldi.
Biz də işə başladıq.
Allahın köməyilə əl qumbarası və avtomat güllələri ilə o
postu dağıtdıq. Radarı zərərsizləşdirəndən sonra üçümüz
də oradan uzaqlaşdıq və yolumuza davam etdik.
Səhərə yaxın təhlükəsiz bir yer tapıb bütün günü
istirahət etdik. İnanılası deyildi, çox soyuqqanlı və sakit
idik. Hava qaralanda yenə yola düşdük və Allahın
köməyilə öz mövqelərimizə çatdıq".
Sonra İbrahim əlavə etdi: "Bu müddətdə bizim
yaşadıqlarımızın hamısı Allahın lütfü idi. Həzrət Zəhra (ə)
təsbehinin zikri bizim çoxlu problemlərimizi həll etdi.
Düşmən də imansız olduğuna görə bizimkilərdən qorxur.
Biz nizamsız döyüşləri bacardığımız qədər artırmalıyıq".
|