Salam olsun İbrahimə



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə29/86
tarix31.12.2021
ölçüsü1,48 Mb.
#111406
1   ...   25   26   27   28   29   30   31   32   ...   86
Salam-olsun-İbrahimə-1

Əlməhdi qəsəbəsi 
Əli Müqəddəm, Hüseyn Cahanbəxş 
Bir ay idi müharibə başlamışdı. İbrahim Hacı Hüseynlə 
və  digər  dostları  ilə  birgə  Sərpol  Zəhabın  yaxınlığındakı 
Əlməhdi  qəsəbəsinə  gedib  orada  müdafiə  səngərləri 
qurdular. 
Cəm  halda  qılınan  sübh  namazı  bitdi.  Uşaqların 
İbrahimi  axtardıqlarını  duydum.  Təəccüblə  nə  baş 
verdiyini soruşdum. Dedilər ki, axşamdan bəri İbrahimdən 
xəbər yoxdur. 
Mən  də  uşaqlarla  birgə  səngərləri  və  nəzarət  postlarını 
axtarmağa başladım. İbrahimi görən yox idi. 
Bir saatdan sonra nəzarət postundakı uşaqların biri dedi: 
"Qarşıdakı cığırdan bir neçə nəfər buraya gəlir". 
Həmin cığır düşmənlə bizim aramızda idi. Dərhal posta 
qalxıb  baxdıq.  Qolları  bağlı  on  üç  düşmən  əsgəri  bizə 
doğru  gəlirdi.  İbrahim  və  uşaqlardan  başqa  biri  onların 
arxasından  irəliləyirdi.  Onlarda  çoxlu  silah,  daraq  və  əl 
qumbarası var idi. 
Heyrətamiz olsa da, İbrahim başqa bir döyüşçü ilə birgə 
belə bir qəhrəmanlıq etmişdi; özü də Əlməhdi qəsəbəsində 
silah-sursatın  az  olduğu  bir  şəraitdə.  Orada  bəzi 
döyüşçülərin silahı da yox idi. 
Uşaqların biri sevincək yaxınlaşıb ilk düşmən əsgərinin 
üzünə möhkəm bir sillə vurdu. 
- Muzdur iraqlı! 
Bir  anlığa  hamı  sakit  oldu.  İbrahim  əsirlərin  yanından 
keçib  həmin  gəncin  qarşısında  dayandı,  silahları  bir-bir 
çiynindən  yerə  qoydu  və  sonra  qışqırdı:  "Onu  niyə 
vurdun?" 


 
 
84 
Gənc  çox  təəccübləndi  və  dedi:  "Nə  olar  ki?!  O, 
düşməndir". 
İbrahim  gözlərini  onun  üzünə  dikib  dedi:  "Əvvəla  o, 
düşmən  olub,  indi  isə  əsirdir.  İkincisi  isə  bunlar  nə  üçün 
bizimlə vuruşduqlarını bilmirlər, sən belə başa salırsan?!" 
Gənc  döyüşçü  bir  neçə  saniyədən  sonra  dedi: 
"Bağışlayın, mən bir az həyəcanlandım". 
Sonra  gedib  iraqlı  əsgərin  alnından  öpdü  və  üzr  istədi. 
Təəccüblə  bizim  hərəkətlərimizi  izləyən  düşmən  əsgəri 
İbrahimə baxdı. Onun baxışında çoxlu sözlər vardı. 
*** 
Müharibə  başlayandan  iki  ay  sonra  İbrahim 
məzuniyyətə gəldi. Dostlarla onu görməyə getdik. 
İbrahim  bizə  müharibə  xatirələrindən,  orada  baş  verən 
hadisələrdən  danışırdı,  özü  barədə  isə  heç  nə  demirdi. 
Söhbət  döyüşçülərin  namazından  və  ibadətindən  düşəndə 
birdən gülüb dedi: "İlk günlərdə Əlməhdi bölgəsində bizə 
beş  gənc  qoşuldu.  Onlar  bir  kənddən  birlikdə  cəbhəyə 
gəlmişdilər.  Bir  neçə  gündən  sonra  bildim  ki,  namaz 
qılmırlar. Onlarla söhbət etdim. Çox sadə uşaqlar idilər; nə 
savadları  vardı,  nə  də  namaz  qılmağı  bilirdilər.  Onlar 
yalnız  İmam  Xomeynini  sevdiklərinə  görə  cəbhəyə 
gəlmişdilər. 
Özləri  də  namazı  öyrənmək  istəyirdilər.  Mən  onlara 
dəstəmaz  qaydasını  öyrədəndən  sonra  uşaqların  birini 
səsləyib  dedim:  "Bu  ağa  sizin  pişnamazınızdır;  nə  etsə, 
təkrarlayın.  Mən  də  sizin  yanınızda  dayanıb  namazın 
zikrlərini ucadan deyəcəyəm ki, öyrənəsiniz”. 
İbrahim  burada  özünü  saxlaya  bilməyib  ucadan  güldü. 
Bir  az  sonra  sözünə  davam  etdi:  "Birinci  rəkətdə  Həmd 
surəsini  oxuyanda  pişnamaz  başını  qaşımağa  başladı. 
Gördüm  ki,  onların  beşi  də  başlarını  qaşıdılar.  Məni  bərk 


 
 
85 
gülmək tutdu, amma özümü saxladım. Pişnamaz səcdədən 
qalxanda  möhür  alnına  yapışmışdı  və  oradan  yerə  düşdü. 
Pişnamaz möhürü götürmək üçün sol tərəfə əyildi. Bir də 
gördüm  ki,  onların  hamısı  sol  tərəfə  əyilib  əllərini 
uzatdılar.  Burada  artıq  özümü  saxlaya  bilməyib  gülməyə 
başladım". 


 
 
86 

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin