Salam olsun İbrahimə



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə42/86
tarix31.12.2021
ölçüsü1,48 Mb.
#111406
1   ...   38   39   40   41   42   43   44   45   ...   86
Salam-olsun-İbrahimə-1

Dost 
Mustafa Hərəndi 
Çox  gərgin  idi,  üzündən  narahatlıq  yağırdı.  Nə  baş 
verdiyini  soruşanda  dedi:  "Axşam  uşaqlarla  kəşfiyyata 
getmişdik.  Qayıdanda  Maşallah  Əzizi
1
  minaya  düşüb 
şəhid oldu. İraqlılar atəş açdıqlarına görə biz də qayıtmağa 
məcbur qaldıq”. 
Narahatlığının səbəbini anladım. 
Hava qaralanda getdi və gecənin yarısı sevinclə qayıtdı. 
Dayanmadan  qışqırırdı:  "Həkim!  Həkim!  Tez  gəl, 
Maşallah sağdır". 
Uşaqlar  sevinib  Maşallahı  təcili-yardım  maşınına 
qoydular. İbrahim isə bir tərəfdə fikirli oturmuşdu. Mən də 
yanında oturdum. 
– Nə fikirləşirsən? 
Bir qədər sükut etdi. 
–  Maşallah  iraqlıların  səngərinin  yanında  minaya 
düşmüşdü, mən gedəndə isə  orada deyildi. Onu bir qədər 
geridə  tapdım,  düşməndən  uzaqda,  təhlükəsiz  yerdə. 
Oturub məni gözləyirdi. 
*** 
Ayağımdan  çoxlu  qan  axmış,  bədənim  keyimişdi. 
İraqlılar  əmin  idilər  ki,  sağ  deyiləm.  Qəribə  halda  idim, 
yalnız  dodaqaltı  deyirdim:  "Ya  Sahibəzzaman!  İmdada 
yet!" 
Hava  qaralmışdı.  Nurlu  bir  gənc  başım  üstə  gəldi. 
Gözlərimi  çətinliklə  açdım.  Məni  yavaşca  qaldırıb 
                                                 
1
 Müharibə əlili Maşallah Əzizi Gilanqərb şəhərinin ixlaslı və təqvalı 
müəllimlərindən  idi.  Onun  əlillik  əhvalatı  haqda  Vüsal  kitabında 
məlumat verilmişdir. 


 
 
112 
minalanmış  sahədən  çıxardı  və  təhlükəsiz  bir  yerdə 
yavaşca yerə qoydu. 
Mən ağrı hiss etmirdim. O ağa mənimlə çox söhbət etdi 
və  sonra  buyurdu:  "Bir  nəfər  gəlib  səni  xilas  edəcək.  O, 
bizim dostumuzdur". 
Az  sonra  İbrahim  həmişəki  vüqarı  ilə  göründü.  Məni 
çiyninə  atıb  yola  düşdü.  O  nurlu  gənc  İbrahimi  öz  dostu 
adlandırmışdı. Xoş onun halına! 
Bu  sözləri  Maşallah  Gilanqərb  cəbhəsinə  dair 
xatirələrində yazırdı. 
*** 
Maşallah Gilanqərbin ixlaslı və təqvalı müəllimlərindən 
idi.  O,  müharibənin  ilk  günündən  sonuna  qədər  cəsarətlə 
döyüşdü, bütün əməliyyatlarda iştirak etdi və müharibədən 
sonra avtomobil qəzasında şəhid dostlarına qovuşdu. 


 
 
113 

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin