164
qışqırmaq və küsməklə onun bu vərdişinin qarşısını ala
bilməmişdi.
Elə bir şəraitdə onu az adam saya salırdı. İbrahim isə
onunla çox yaxın münasibətini davam etdirirdi; onu özü
ilə zorxanaya gətirir, digərlərinin yanında ona hörmət
edirdi.
İbrahim bir müddətdən sonra onunla danışdı. Əvvəlcə
onda qeyrət hissini oyadıb dedi: "Əgər kimsə sənin ana-
bacını baxışları
ilə incitsə, nə edərsən?"
Həmin oğlan hirslə dedi: "Gözlərini çıxararam".
İbrahim çox soyuqqanlılıqla dedi: "Yaxşı, oğlan, öz
namusun üçün bu qədər qeyrətin var, nə üçün həmin səhv
işi görürsən?"
Sonra əlavə etdi: "Bax, əgər hamı başqasının namusuna
baxsa, cəmiyyətdə nizam-intizam pozular".
Sonra İbrahim naməhrəmə baxmağın haramlığından
danışıb Peyğəmbərin bu hədisini söylədi: "Gözlərinizi
naməhrəmdən qoruyun ki, qeyb aləmini görəsiniz".
1
Sonra başqa səbəblər də göstərdi və həmin oğlan
təsdiqlədi.
– Özün qərara gəl. Əgər bizimlə dost qalmaq
istəyirsənsə, bu işi tərk etməlisən.
İbrahimin yaxşı rəftarı və dəlilləri onun vərdişini tərk
etməsinə səbəb oldu. Sonra o, bütün yanlış işlərini kənara
qoyub məhəllənin yaxşı uşaqlarından birinə çevrildi. O,
İbrahimin yaxşı rəftarla və yerində gətirdiyi dəlillə
dəyişdirdiyi insanlardan yalnız biridir.
İndi məhəlləmizin küçələrindən birinə həmin oğlanın
adı verilib.
1
"Mizan əl-hikmə", c. 10, s. 72.
165
1982-ci ilin payızı idi. Motosikletlə Azadlıq meydanına
gedirdik. İbrahim cəbhəyə gedirdi və mən onu Qərb
avtovağzalına aparırdım.
Yanımızdan bahalı bir maşın keçdi. Sürücünün yanında
düzgün hicabı olmayan bir qadın oturmuşdu. O, İbrahimə
baxıb kobud bir ifadə işlətdi.
İbrahim dedi: "Tez onun ardınca sür".
Mən də sürətlə həmin maşını təqib etdim. Ona işarə ilə
sağa çəkməsini bildirdik. Öz-özümə dedim ki, bu dəfə
mütləq dava olacaq.
Avtomobil xiyabanın kənarında dayandı. Biz də
motosikleti onun yanında saxladıq.
İbrahimin nə edəcəyini gözləyirdim. O,
oturduğu yerdən
sürücüyə salam verib hal-əhvalını soruşdu.
- Mən çox üzr istəyirəm. Sizin xanımınız mənə və bütün
saqqallılara pis bir söyüş söydü. Bilmək istəyirəm ki...
Sürücü İbrahimin sözünü kəsib dedi: "Mənim yoldaşım
qələt elədi, səhv elədi".
- Yox, ağa, mən yalnız bilmək istəyirəm ki, onun
mənim boynumda bir haqqı qalıbmı, yaxud mən haradasa
yanlış bir iş görmüşəmmi belə deyir?
Sürücü əsla belə rəftar gözləmirdi. Maşından enib
İbrahimin üzünü öpdü və dedi: "Yox, əziz dost, siz heç bir
səhv etməmisiniz. Biz səhv etdik və çox üzr istəyirik".
Çox üzrxahlıqdan sonra bizdən ayrıldılar.
İbrahimin özü də elə bir zamanda belə rəftarları bizə
çox qəribə gəlirdi. Lakin o, bu işlərlə bizə insanlarla
düzgün davranış qaydalarını öyrədirdi. O həmişə deyirdi
ki, digərlərinin qəzəbi qarşısında səbirli olub məntiqsiz iş
görməyən adam həyatda daha böyük uğurlar qazanar".