201
Fevralın doqquzunda uşaqlar Fəkkəyə növbəti hücuma
hazırlaşdılar. Qərargahdan gələn bir dostumu görüb
soruşdum: "Vəziyyət necədir?"
– İndi Kumeyl batalyonunun rabitəçisi əlaqə saxladı.
Hacı Himmət danışıb dedi ki, ratsiyanın şarjı bitmək
üzrədir. Uşaqların çoxu şəhid olub. Bizim üçün dua edin,
imama salamımızı çatdırın və deyin ki, biz son ana qədər
müqavimət göstərdik.
Sınıq və narahat qəlblə dedim: "Bizim vəzifəmiz nədir?
Biz nə etməliyik?"
– Allaha təvəkkül! Get hazırlaş, bu axşam əməliyyatın
növbəti mərhələsi başlayır.
Qürub çağı idi. Ordunun artilleriyası çox diqqətlə
düşmən istehkamlarına atəş açırdı.
Hənzələ batalyonu və digər bir neçə batalyon yola
düşdü. Onlar Kumeyl kanalının yaxınlığına qədər
irəlilədilər, hətta maneələri aşıb üçüncü kanala da çatdılar,
amma düşmən atəşinin güclü olduğuna görə mühasirədəki
uşaqların yalnız kiçik bir qismi gecənin qaranlığında
kanaldan çıxıb geri qayıda bildi.
Bu hücum da uğursuz oldu. Biz sübh namazından öncə
öz istehkamımıza qayıtdıq. Hənzələ batalyonunun əksər
döyüşçüləri isə sərhəd kanallarda qaldılar. Bu hücumda
uşaqların sərrast atəşi ilə düşmənin bir çox zirehli
texnikası məhv edildi.
1983-cü ilin 10 fevralı idi. Hələ kanalın içindən seyrək
atəş səsləri gəlirdi.
Bu onu göstərirdi ki, kanalın içindəki uşaqlar hələ
müqavimət göstərirlər. Lakin dörd gündən sonra hansı
imkanlarla müqavimət göstərdiklərini anlamaq olmurdu.
Günbatan çağı əməliyyatın
bitdiyi elan olundu,
bütün şəxsi
heyət geri qayıtdı.
202
Bir gün öncə kanaldan çıxan uşaqların birini gördüm. O
deyirdi: "Bilmirsən nə vəziyyətdə idik; nə yemək vardı, nə
su. Sursatımız çox az, kanalların ətrafı isə minalarla dolu
idi. Biz hər neçə dəqiqədən bir güllə atırdıq ki, hələ sağ
olduğumuzu bilsinlər. İraqlılar tez-tez mikrofonla elan
edirdilər ki, təslim olun".
Günəşin qürub anları çox kədərli idi. Hündür bir yerə
çıxıb durbinlə baxırdım. Kanalın ətrafında hələ pərakəndə
Dostları ilə paylaş: