2
«AZƏRBAYCAN HAVA YOLLARI»
DÖVLƏT KONSERNİ
MİLLİ AVİASİYA AKADEMİYASI
TƏCRÜBƏLƏRİN
PROQRAMLARI
Tədris-tanışlıq, istehsalat-texnoloji, aerodrom-poliqon və
diplomqabağı təcrübələrin keçirilməsinə dair
metodik göstərişlər
T.150.300 – Nəqliyyat radioavadanlığının texniki istismarı
ixtisası üzrə təhsil alan müdavimlər üçün
Milli Aviasiya Akademiyası
Elmi-Metodiki Şurasının 3 noyabr
2004-cü il tarixli iclasında təsdiq
olunub (protokol № 11/04)
BAKI - 2004
3
UDK 629.735.33.083.66.
Rəy verənlər:
Dronov M.İ. – AZANS müəssisəsinin baş mühəndisi.
Musayev A.A. – f.-r.e.n., MAA Aviasiya ETİ-nin şöbə rəisi.
A.R. Həsənov, H.İ. İsmayılzadə, İ.Ə. İsğəndərov, X.İ. Abdul-
layev / Təcrübələrin proqramları. Tədris-tanışlıq, istehsalat-
texnoloji, aerodrom-poliqon və diplomqabağı təcrübələrin
keçirilməsinə dair metodik göstərişlər. Bakı, Milli Aviasiya
Akademiyası, 2004. – 20 səh.
Təqdim olunan metodik göstərişlər tədris prosesinin
maksimal
effektivliyinin
təmin
olunmasına yönəlməklə
biliklərin zəruri həcmdə mənimsənilməsini asanlaşdırır və
mütəxəssisin əsas vərdişləri sərbəst qazanmasını stimullaşdırır.
Metodik göstərişlərdə təcrübələrin keçirilməsinin məqsəd
və zəruriliyinin izahı ilə yanaşı uyğun istehsalat sahələri ilə
tanışlığın məntiqi, ardıcıllığı və müddəti əsaslandırılmış, eləcə
də, yekun hesabatların yerinə yetirilməsi və tərtib olunması üçün
tövsiyə olunan standartlar verilmişdir.
Vəsait T.150.300 - «Nəqliyyat radioavadanlığının texnikii
istismarı» ixtisası üzrə təhsil alan müdavimlər üçün nəzərdə
tutulmuşdur.
Vəsaitdə verilmiş təcrübə proqramları mütəxəssisin təsdiq
olunmuş peşə xarakteristikasının tələbləri əsasında T.150.300
ixtisasının tədris proqramına tam uyğun olaraq işlənib
hazırlanmışdır.