5.3
Təhsil siyasətinin elementləri
Təhsil siyasəti təhsi sisteminin effektiv fəaliyyətinin təmin edilməsinə
yönəlmiş dövlət fəaliyyətidir. Cəmiyyətdə təhsilin təşkili, müvafiq təhsil
nəzəriyyələri və yanaşmaları, təhsil sisteminin strukturu və müxtəlif təhsil qu-
rumlarının fəaliyyətinin koordinasiyası, bu sahədə vacib prinsip və prioritetlərin
müəyyən olunaraq həyata keçirilməsi, eləcə də təhsil haqqında qanun və proq-
ramlar təhsil siyasətinin elementlərini təşkil edir.
Təhsil ictimai həyatın bütün sahələrinə sirayət etdiyindən təhsil siyasətinin
istiqamətləri də çoxşaxəli və strateji əhəmiyyətlidir. Təhsil sisteminin keyfiyyətini
yüksəltməyə və uzunmüddətli inkişafa töhfəsini təmin etməyə çalışan təhsil
siyasəti məktəblərin yerləşməsindən tutmuş siniflərin şagird sayınadək, uşaq
bağçası tərbiyəçilərinin əməkhaqlarından tutmuş kurikulumların tərkibinədək,
müəllimlərin sertifikasiyasından tutmuş ali təhsilin nostrifikasiyasınadək müxtəlif
məqsəd və vəzifələrə xidmət edir. Təhsil siyasətinin bu cür elementlərinə həsr
olunmuş bu bölmədə, qısaca olsa da, təhsil nəzəriyyəsinin bəzi yanaşmalarına,
8
Сагинова О.В. Формирование экономики знаний и задачи образования // Экономика
образования. 2007. № 1. səh. 10
144
təhsil sisteminin struktur komponentlərinə və təhsilin keyfiyyət göstəricilərinə
nəzər salacağıq.
Dostları ilə paylaş: |